Galaxy Note 7-nin partlayıb partlamayacağını saytdan öyrənmək mümkün olacaq

463

"Samsung", rəsmi olaraq Note 7 telefonlarını geri çağırdıqdan sonra IMEI yoxlama saytını istifadə edərək cihazın partlayıb partlamayacağı haqda məlumatı dəqiqləşdirməyə imkan verəcək

"Samsung"un yeni və daha üstün modeli olan Galaxy Note 7 telefonlarının partlaması hər kəsin narahatçılığına səbəb olmuşdu. Şirkətin nüfuzunu zədələmək istəməyən "Samsung" şirkəti bu model telefonları geri çağırmaq haqda bir müddət əvvəl qərar qəbul etmişdi. Şirkət bunun qarşılığında dəyişmə və bir sıra başqa kampaniyalar təklif etmişdi. İndi isə şirkət başqa bir üsul təklif edir.

 

Belə ki, açılan saytda telefonun IMEI yoxlamasını edilərək cihazın geri qaytarılıb və ya qaytarılmaması haqda sizə məlumat verilir. Bunun üçün siz IMEI və ya telefonun seriya nömrəsini daxil edərək onun təhvil verib-verməyəcəyiniz haqda məlumat alırsınız. Telefonun partlama təhlükəsi ortaya çıxarsa, o zaman telefonun sim kartını çıxararaq, ən yaxın "Samsung" filialına getməyiniz haqda xəbərdarlıq mesajı alırsınız. Xatırladaq ki, sayt Amerika üçün olduğunda Amerikaya aid olan IMEI yoxlama səhifəsinə burdan keçid edə bilərsiniz.