Galaxy Note 7 oğurladı lakin arzusu ürəyində qaldı

567

Çinin Anxoy vilayətində bazardan geri çağırılmış Galaxy Note 7 smartfonu ilə bağlı maraqlı hadisə baş verib.

Belə ki, oğru Galaxy Note 7 smartfonunun sahibindən onun cihazını oğurlayıb və bir müddətdən sonra cihaz partlayıb. Hadisəni smartfonun sahibi danışıb. O, internet kafedə yatıb və hansısa müştəri onun bu vəziyyətindən istifadə etməyi düşünüb. Oğru onun smartfonunu oğurlayıb. Lakin cihazı istifadə etmək və ya satmaq mümkün olmayıb. Belə ki, cihaz oğurlanandan qısa müddət sonra partlayıb. Partlamış Galaxy Note 7-ni polislər tapıb. Oğrunu isə yaxalamaq mümkün olmayıb. Sözügedən oğurluq hadisəsi xəbəri Çinin bütün sosial şəbəkələrində yayılıb. İstifadəçilər hətta smartfonun oğurluğa qarşı ən yaxşı qorunma üsuluna sahib olması barəsində zarafatlar da ediblər.