Galaxy Note 7 satışlarının bərpa olunacaq tarixi bəlli oldu

308

Galaxy Note 7 smartfonlarının partlamasından sonra "Samsung”, cihazların satışlarını dayandırmışdı. Bir çoxlarını maraqlandıran sual isə Galaxy Note 7 satışlarının nə zaman bərpa olunacağıdır.

Rəsmi məlumata əsasən "Samsung” şirkəti Galaxy Note 7smartfonlarının satışlarını öz doğma Koreya bazarında 28 Sentyabr tarixində bərpa edəcək. Qeyd etmək lazımdır ki, cihazların satışları 2 Sentyabr tarixində dayandırılmışdır. Galaxy Note 7 cihazlarının geri çağırılması prosesi şirkət üçün əsl baş ağrısına çevrildi. Şirkətin verdiyi məlumata əsasən problemli batareyaya sahib 2.5 milyon Galaxy Note 7 satılıb. Həmdə şirkət onu da qeyd edib ki, smartfonların satışlarının Koreya bazarından əlavə digər ölkələrdə bərpa olunması həmin yerli bazarın xüsusiyyətlərindən asılı olacaq. Məsələn Avsctraliyada Galaxy Note 7 Oktyabr ayının əvvəlində yenidən satışa çıxacaq.