main-post-cover

    Galaxy Note 7 smartfonlarının partlama səbəbi bilindi

    Elm & Texnologiya
    07.05.2017
    Farid Pardashunas

    Galaxy Note 7-ni təqdim edən zaman "Samsung” şirkəti izləyicilərin diqqətini smartfonun dizaynına yönəltmişdi.

    Belə ki, cihazın arxa və ön hissəsi tamamilə simmetrik idi. The New York Times mütəxəssislərinin fikrincə məhz cihazın dizaynı onun batareyasının partlamasına səbəb olmuşdur. Galaxy Note 7-nin korpusu 7000-ci seriyalı alüminiumdan hazırlanmışdır. Buna görə smartfon Galaxy S7-dən 1.3 dəfə möhkəm və 1.2 dəfə cızıqlara davamlıdır. Bundan əlavə olaraq S Pen stilusu-a əlavə yer təmin etmək üçün şirkət teroformalaşdırma texnologiyasından istifadə etmişdir. Bu, smartfonun arxa və ön uclarının əyilmiş formada olmasına imkan verdi. Nəticədə arxa və ön şüşə lövhələr eyni bucaq altında metal çərçivəyə tərəf əyilmiş oldu. Galaxy Note 7-nin çərçivəsi isə dünyanın ən nazik çərçivələrindən biridir.
    İstehlakçı hüquqlarının müdafiəsi üzrə Koreya təşkilatından sızdırılmış sənədlər əsas verir ki, "Samsung SDI” şirkətinin birinci tiraj üçün hazırladığı batareyalar lazım olduğundan bir saç tükü qədər böyük idi. Bunun hesabına separatorlar (katod və anodu ayıran izoləolunmuş lövhələr) smartfonun kənarlarına daha yaxın yerləşərək təzyiq altında məhv olmaları üçün şərait yaranırdı. "Technote.az"ın "The New York Times"a istinadən verdiyi xəbərə əsasən nəticədə qısa qapanma riski artaraq cihazın partlamasına gətirib çıxarırdı.
    SDI İLƏ ATL batareyalarının fərqi:
    Əgər hər bir problemə lazimi diqqət yetirilsəydi onda çox güman ki, smartfonlar partlamayacaqdı. Lakin bütün bu problemlər SDI batareyalı Galaxy Note 7-lərə heç bir şans vermədi. Çox güman ki, separatorlara olmuş yüksək təzyiqin səbəbi onların, korpusun əyilmiş hissələrinə çox sıx yerləşdirilməsi olub. Batareyaya olan təzyiqin artmasını həmçinin smartfonun sudan qorunma sistemi də təmin edib. Bütün bu səbəblər birinci tiraj smartfonların partlama səbəbini izah edir. İkinci tirajdan olan smartfonlar da çox güman ki, korpusun forması problemindən partlayıblar. İkinci tiraj smartfonlara birinci tirajdan fərqli olaraq ATL batareyaları quraşdırılmışdır. Çox güman ki, onlar lazımi ölçülərdə olublar. Lakin nəzərə alsaq ki, ATL 3 həftə ərzində külli miqdarda batareya istehsal etməli idi, görünür bu səbəbdən batareyalarda hansısa problem yaşanıb. Həmçinin smartfonlarda olmuş keyfiyyətsiz gərginlik tənzimləyicilərini də nəzərə almaq lazımdır.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər