main-post-cover

    Galaxy Note Edge üçün Android 6.0 Marshmallow yayımlandı

    Elm & Texnologiya
    07.05.2017
    Farid Pardashunas
    Samsung bir neçə günə əvvəl Galaxy Note 4 cihazı üçün Android 6.0.1 Marshmallow yenilənməsini yayımlamışdı. Note 4 üçün yayımlanan yenilənmədən sonra gözlər Note 4 ilə eyni anda satışa çıxan Galaxy Note Edge çevrilmişdi. Samsung, Note 4 yenilənməsindən dərhal sonra Note Edge üçün də Android 6.0.1 Marshmallow yenilənməsini göndərdi. Kies və OTA üzərindən yüklənməsi mümkün olan yenilənmənin həcmi 1.5 GB-dır.



    Android tərəfindən May ayında yayımlanan bu yenilikdə eyni zamanda Doze modu yer alır. Doze modu vasitəsilə daha az enerji sərf etməklə ağıllı telefonun batareyası daha uzun müddət performans sərgiləyə bilir. Yenilənən TouchWiz ara üzü vasitəsilə telefonların performansında  artım açıq-aşkar hiss olunur.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər