Galaxy S6 az qalsın beşikdəki körpənin yanaraq ölməsinə səbəb olacaqdı!

458

Bir anda alov alan Galaxy S6, az qalsın bir faciəyə səbəb olacaqdı.

Ağıllı telefonların bitmək-tükənmək bilməyən alov almaq, yanmaq, partlamaq xəbərlərinə daima yeniləri əlavə edilməyə davam edir. Bu dəfə yaşanan hadisə isə az qalsın bir faciəyə səbəb olurdu.

39 yaşındakı Victoria Leeds, körpəsinin yatdığı beşiyin yanında Galaxy S6 telefonunu şarja taxıb. Həmin vaxt beşikdə yatan körpəni alaraq öz yatağına aparak Leeds, tam otaqdan çıxdığı ərəfədə isə kiçik bir partlayış səsi eşidib.

Cəld otağa girən Leeds, "fişəng partlayışı kimi” olaraq bəhs etdiyi mənzərə ilə qarşılaşıb. Leeds, telefonundan beşiyə doğru bir alovun çıxdığını və saga-sola qığılcımlar saçdığını görüb. Əgər Leeds, uşağını bir neçə saniyə əvvəl beşiyindən almamış olsaydı çox gümanki qorxunc bir hadisə yaşana bilərdi.

 

Hadisə ilə bağlı açıqlamalar verən Samsung isə Galaxy S6 ailəsinin hər zaman arxasında olduqlarını və bugünə qədər belə bir hadisənin yaşanmadığını deyiblər. Yenə də Samsung, Leeds-in telefonuna hadisənin səbəbini öyrənmək üçün incələnmə tələbi irəli sürdüyünü bildirib. Hər nə qədər Samsung-un "partladan” cihazı Note 7 olsa da S6-nın da daxil olduğu bir neçə hadisə mövcuddur. Təbii ki Note 7 tərzində böyük ölçülü bir vəziyyət olacağını sanmırıq.