main-post-cover

    Galaxy S7 telefonunun kamerasının çatlaması xəbərinə Samsung münasibət bildirib

    Elm & Texnologiya
    07.05.2017
    Farid Pardashunas
    Samsung yeni Galaxy S8-in təqdimatına hazırlaşarkən yeni problemlə qarşılaşıb. Belə ki, bəzi istifadəçilər Galaxy S7 telefonlarının arxa kamerasının durduğu yerdə çatladığını iddia edir.
    Bu il Samsung Galaxy Note 7 ilə bağlı ciddi problemlər yaşadı. Amma Samsung-un tək problemi bu deyil. İndi də şirkət yeni iddia ilə qarşı-qarşıya qalıb. İstifadəçilərin bir qismi Galaxy S7 telefonlarının arxa kamerasının öz-özünə çatladığını bildirib.
    Apple və Samsung kimi böyük telefon istehsalçıları bəzi hallarda belə problemlərlə qarşılaşırlar. Amma bu problem Galaxy Note 7 kimi qlobal xarakter daşıdıqda, onda cihazları geri çağırmaqdan başqa çarə qalmır.

    Redmonpie-nin xəbərinə görə kamera çatmala xəbərləri Galaxy S7 və Galaxy S7 Edge telefon istifadəçilərinin iddiasıdır. Samsung isə bu iddialara cavab olaraq istifadənin düzgün həyata keçirilməməsindən irəli gəldiyini bildirib.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər