Galaxy S8-də Beast rejimi yer alacaq

467

Samsung Galaxy S8-də yeni rejim yer alacaq. Bu rejim nədir və nə işə yarayır?

Samsung, Galaxy Note 7 ilə bağlı yaşadığı bədbəxt hadisədən sonra Galaxy S8 üzərində ciddi işlər aparır. Buna görə də hər keçən gün yeni Galaxy S8 haqqında məlumatlar yenilənməkdə davam edir.

Galaxy S8-də Snapdragon 835 və 8 GB RAM yer alacağı bildirilir. Verilən məlumata görə yeni Galaxy S8 telefonunda Beast Mode adlı yeni rejimin olması da gözlənilir.

Yeni rejim nə işə yarayacaq?


Galaxy S8-də yer alacaq Beast Mode-nun əsas funksiyası telefondakı oyun və tətbiqləri sürətləndirməkdir. Belə güman olunur ki, yeni rejim Game Launcher tətbiqindən daha fərqli çalışacaq. Qeyd edək ki, Game Launcher-i çalışdırdığınız zaman RAM təmizlənir və gərəksiz tətbiqlər dondurulur. Bu yeni rejimin telefonun aktivliyini daha irəli səviyyəyə daşıması gözlənilir.

Overclock, yəni sürət artırma olaraq bilinən xüsusiyyət Beast rejimi ilə Galaxy S8-də ola bilər. Digər tərəfdən overclock əməliyyatının güc istehlakına mənfi təsir edəcəyi diqqətdən yayınmır.