main-post-cover

    Galaxy S8-dəki çərçivəsiz ekranın adı “Infinity Display” olacaq

    Elm & Texnologiya
    07.05.2017
    Farid Pardashunas

    Samsungun Galaxy S8 üçün almış olduğu patentə görə çərçivəsiz ekran texnologiyasının adı "Infinity Display” olacaq.

    Amerika Patent və Marka İnstitutuna edilən bir müraciət də diqqəti çəkən bir detal var, Samsung ailəsinin yeni xitləri Galaxy və Galaxy S8 Plus-ın təxminən çərçivəsiz bir ekranla gələcəyini bilməyimizə rəğmən artıq dəqiqləşmiş oldu.
     
    Şəkildə gördüyünüz yeni bir müraciət, Samsung adına göndərilən patent müraciəti "Infinity Display" adıyla göstərilir. Bununlada Galaxy S8-in çərçivəsiz ekranının adı Infinity Display olacaq deyə bilərik.
    Samsung daha əvvəl çərçivəsiz ekranları ilk olaraq mobil telefonlarında istifadə edəcəyini açıqlamışdı. Cənubi Koreyalı firma ancaq Mart ayının sonunda çıxacaq Galaxy S8 modellərinə istiqamətli olmayan bir açıqlama etmiş olsa belə, sözü gedən patent müraciəti bunun yeni modellər ilə başlaya biləcəyini göstərir.
    Digər yandan iki tərəfi də qıvrımlı olacaq olan ekranın yanında, Samsungun yeni köməkçisi Bixby üçün S8 və S8 Plus-un sol panelində xüsusi bir düymə yer alacağıda dəqiqləşmiş kimi görsənir.
    Linki kopyala