Galaxy S8 Edge modelinin ilk fotosu sızdırıldı

873

Məlumata əsasən "Samsung” şirkəti Barselonada keçiriləcək Mobile World Congress 2016 tədbirində Galaxy S8 Edge smartfonunu təqdim edəcək.

Smartfonun ilk fotosu Weibo sosial şəbəkəsində paylaşılıb. Paylaşılmış foto çox güman ki, smartfonun reklam çarxından götürülmüşdür. Yeni cihazın dizaynı əvvəlki modellərə bənzəyir. Buna baxmayaraq göründüyü kimi smartfon ikili arxa kameraya sahib olacaq. Çox güman ki, bu cür kamera yalnız Galaxy S8 Edge-də olacaq. Sadə Galaxy S8 isə bir kamera ilə təchiz olunacaq. İkili arxa kamera bir tərəfdən Huawei Mate 9-a bənzəyir, lakin iPhone 7 Plus-dan fərqlənir. Galaxy S8 Edge-in ekran ətrafındakı çərçivələr daha nazik olacaq. Ənənvi "Home” düyməsi fotoda yoxdur. Görünür onu ekranın alt hissəsinə quraşdırılmış ultrasəs barmaq izi skanı əvəz edəcək. "Home” düyməsi isə virtual formatda olacaq. Daha əvvəlki məlumatlara əsasən Galaxy S8 Edge Snapdragon 835 prosessoru ilə təchiz olunacaq. Həmçinin o, 6 GB RAM və 64/256 GB daxili yaddaşa sahib olacaq. Ekranların ölçülərinə gəldikdə isə Galax S8, 5.7 inç, Galaxy S8 Edge isə 6.2 inç ekrana sahib olacaq.