Galaxy S8 haqqında yeni məlumatlar

136

"Samsung” şirkətinin vitse-prezidenti Lee Kyeong-Tae Galaxy S8 haqqında bir sıra məlumat verib.

Onun sözlərinə əsasən Galaxy S8, seriyanın ən qeyri-adi dizaynına sahib olacaq və onun ekranı ön panelin bütün hissəsini əhatə edəcək. Həmçinin yeni smartfon təkmilləşdirilmiş kameraya və yeni nəsil səsli köməkçiyə sahib olacaq. Vitse-prezidentin bu sözlərinə inanmaq olar. Texniki tərəfdən heç bir şübhə olmasa da virtual köməkçi baxımından həmin şübhələr var. Lakin nəzərə alsaq ki, məhz bu sahədə inkişaf etmək üçün şirkət bir neçə müddət bundan öncə Siri yaradıcısı "Viv Labs”ı almışdır, smartfon üçün süni zəkanın yaradılması real görünür. Hər-halda "Samsung” bunu etməyə cəhd göstərəcək. Alınıb alınmayacağını isə zamanla biləcəyik. Bundan əlavə olaraq Lee Kyeong-Tae onu da qeyd edib ki, Galaxy S8 maksimal şəkildə yaxşılaşdırılmış keyfiyyət nəzarəti ilə istehsal olunacaq. Buna görədə smartfonu Note 7 aqibəti gözləməyəcək. Bu baxımdan da heç bir şübhə yoxdur. Belə ki, şirkət bir daha milyard dollarlarla gəlirin itirilməməsi üçün əlindən gələni edəcək.