main-post-cover

    Galaxy S8, iPhone xüsusiyyəti ilə gəlir!

    Elm & Texnologiya
    07.05.2017
    Farid Pardashunas

    iPhone 6s ilə birlikdə gələn bir xüsusiyyətin, "Samsung” tərəfindən təqdim ediləcək yeni nəsil Galaxy modeli S8-də yer alacağı irəli sürüldü.

    "Samsung”un maraqla gözlənilən ağıllı telefonu Galaxy S8-də, "Apple”ın iPhone 6s seriyası etibarı ilə təqdim etdiyi təzyiq həssaslı ekran texnologiyasını təqdim edəcəyi deyilir. "Apple”ın 3D Touch adı ilə istifadə etdiyi Force Touch texnologiyası, əgər iddia edildiyi kimi Samsung Galaxy S8-də yer alsa, bu onu şirkətin ilk Force Touch ekrana sahib ağıllı telefonu edəcək.

    Bir "Samsung” tədarükçüsünün sızdırdığı məlumatlara görə, "Samsung”, Force Touch texnologiyasını qismən də olsa Galaxy S8-ə gətirmək istəyir. Digər tərəfdən texnologiyanın tamamilə tətbiq edilməsinin bir ya da iki il ala biləcəyi düşünülür. Digər Android ağıllı telefon istehsalçılarının da istifadəçi rahatlığını artıracaq olan bu texnologiyanı istifadə etmələrinin isə an məsələsi olduğu ifadə edilir. Bu arada Huawei-n bu texnologiyanı Force Touch adı ilə hal-hazırda istifadə etdiyini də qeyd etməliyik.
    "Google” tərəfindən Android Nougat üçün elan edilmiş tətbiq qısa yolları (app shortcuts) xüsusiyyəti Force Touch-a oxşadılsa da yeni texnologiya bir qədər fərqli iş prinsipinə sahibdir.
    "Samsung” əməkdaşlarından birinin də Force Touch texnologiyasının yaxın gələcəkdə öz smartfonlarında istifadə ediləcəyini açıqladığı iddia edilir. Yəni orta səviyyə ağıllı telefonlar üçün bu texnologiyanın gəlməsi daha uzun zaman alacağa oxşayır.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər