Galaxy S8+ modelinin ekranının dəyişilməsi hansı qiymətə başa gələcək?
Elm & Texnologiya
07.05.2017
Farid Pardashunas
Biz artıq Galaxy S8 ilə S8+ modellərinin təmirinin keçən ilki modellərdən fərqli olaraq daha asan olduğu barədə xəbər vermişdik.
Lakin məlumdur ki, "Samsung” şirkətinin yeni smartfonları,
yüksək performanslı cihazlar arasında bahalılar siyahısındadır. Beləliklə də
onların təmiri olduqca baha başa gələ bilər. Bugün məlum olub ki, rəsmi servis
mərkəzində zədələnmiş Galaxy S8+ ekranının dəyişilməsi 250 avroya başa gələcək.
Müqayisə üçün qeyd etmək lazımdır ki, Galaxy S7 Edge modelinin ekranının dəyişilməsi
200 avroya başa gəlirdi. Nəzərinizə çatdıraq ki, bu yaxınlarda iFixit portalının mütəxəssisləri Galaxy S8 ilə S8+ modellərinin təmir olunma
mümkünlüyünü yoxlamışdılar. Nəticə etibarı ilə onlar belə qənaətə gəlmişdilər
ki, yeni modellər, keçən ilki Galaxy S7 və S7 Edge modellərindən fərqli olaraq
daha asan şəkildə təmir olunurlar. 10 ballıq xal sistemi üzrə yeni smartfonlar
4 xal almışdılar.
Linki kopyala
Bənzər xəbərlər
Oxşar xəbərlər
Həftənin xəbərləri
Huawei Pura 70 və Pura 70 Pro təqdim olunublar - QİYMƏTİ
WhatsApp-da AirDrop analoqu istifadəyə veriləcək