"Game of Thrones"-un 7-ci sezonunun nə vaxt çıxacağı bəlli olub
Digər
07.05.2017
Farid Pardashunas
HBO programming-in prezidenti Casey Bloys bildirib ki, "Game of Thrones” teleserialının
7-ci sezonunun çəkilişləri bu yay fəslinin sonunda start götürəcək. Çəkilişlər əsasən
Şimali İrlandiya, İspaniya və İslandiya-da baş tutacaq. 7-ci sezonun çıxış
tarixinə gəldikdə isə o 2017-ci ilin yay fəslində izləyicilərə təqdim olunacaq.
Bloys qeyd edib ki, serialın bir qədər gec təqdim olunmasının əsas səbəbi çəkilişlər
üçün uyğun olan soyuq hava şəraitinin gözlənməsidir. Belə ki, serialın özündə
qış artıq gəlib çıxıb. Nəticədə yeni sezonun premyerası yazda deyil yayda baş
tutacaq. Qeyd edək ki, "Game of Thrones” artıq 3-cü dəfədir ki, "Emmy” televiziya
mükafatında rekord sayda nominasiyaya (23) laiq görülüb. Bu ilki "Emmy” mükafatının
təqdimetmə mərasiminə serialın bir çox aktyorları müxtəlif nominasiyalarda namizədlər
arasındadır. Serialın özü isə "Ən yaxşı dram serialı” nominasiyasında əsas
namizədlərdən biridir.
Linki kopyala
Bənzər xəbərlər
Oxşar xəbərlər
Həftənin xəbərləri
WhatsApp-da AirDrop analoqu istifadəyə veriləcək
Galaxy C seriyası geri qayıtdı: Samsung Galaxy C55 5G smartfonu təqdim edilib - QİYMƏTİ