"Game of Thrones"-un yeni sezonu nə vaxt təqdim olunacaq?
Digər
07.05.2017
Farid Pardashunas
Məşhur teleserial olan "Game of Thrones”-un 7-ci sezonunun premyerası gözləniləndən bir
qədər gec olacaq. Bu barədə serialın rejissorları David Benioff və D.B. Weiss
bildiriblər. Qeyd edək ki, serialın hər yeni sezonu aprel ayında işıq üzü
görürdü. "Bizim hələki dəqiq premyera tariximiz yoxdur. Lakin çox güman ki,
premyera bir qədər gec baş tutacaq. Biz çəkilişlərə adəti üzrə deyil, biraz gec
balayacağıq. Çünki bildiyiniz kimi qış artıq gəlib çatıb. Günəşli hava isə bizə
lazım deyil. Məhz buna görə çəkiliş aparılacaq yerlərdə havanın dəyişməsi üçün
biz çəkiliş prosesini bir qədər gecikdirməli olacağıq” – deyə rejissorlar
bildiriblər. Bundan əlavə olaraq rejissorlar qeyd ediblər ki, 7-ci sezondan
sonra 8-ci sezon da mütləq olacaq. Lakin onlar növbəti sezonlarda neçə epizodun
olacağını qeyd etmiyiblər.
Linki kopyala
Bənzər xəbərlər
Oxşar xəbərlər
Həftənin xəbərləri
Microsoft nə üçün data mərkəzlərini okeanın dərinliklərində yerləşdirir?
Əfsanənin geri dönüşü: Winamp musiqi servisinin istifadəyə veriləcəyi tarix açıqlandı