main-post-cover

    Gamer-liyin təkcə kişilərə məxsus olmadığını iddia edən gamer Fidan (Auditore) ilə müsahibə

    Digər
    07.05.2017
    Farid Pardashunas

    Red Bull qabağına yeni bir məqsəd qoydu - dünyanın ən güclü Mind Gamer-lərini tapmaq. Yeni layihəyə artıq start verilib və iştirakçı ölkələr arasında Azərbaycan da var.

    Hər ölkədən ən yaxşı komandalar irəli çıxacaq və 2017-ci ilin mart ayında Budapeştdə - Missiya: Unlock Enoch Dünya Finalında yarışacaqlar, orada onlar kvant məntiqi əsasında olan və bənzəri olmayan Escape Room-a daxil olacaqlar. Otaq, Dr. Scott Nicholson və onun tələbələri Robert Durant, Sean Harrison və Chris Tenuta, həmçinin Ontarioda Brentford şəhərində yerləşən Vilfrid Universitetinin BGNlab laboratoriyası tərəfindən hazırlanıb və Fox tərəfindən qutuda istehsal ediləcək. Dünya çempionu olan komanda MİT Oyun Laboratoriyasının tapmaca (puzzle) dizayn şöbəsinə dəvət olunacaq.
    Mind Gamer-lər əsas oyunlara hazırlanarkən biz əsl gamer-lə söhbət elədik.Fidan (Auditore) bizə kompüter oyunların müsbət cəhətlərindən və ən böyük arzusundan danışdı.
    - Niyə məhz oyunlar? Sən axı özün üçün başqa məşğuliyyət tapa bilərdin.
    - Yəqin ki əsas səbəblərdən biri böyük qardaşımdı. Balacalıqdan bəri çox mehribanıq və hər zaman bir yerdə oynayırdıq. Deyə bilərəm ki elə o vaxtlardan bəri oyunlara marağım çox böyük idi.
    - Oyunlar sənin üçün nə ifadə edir?
    - Oyunlar mənim üçün çox şey ifadə edir. O başqa gözəl bir aləmdir. Beləki mən orada hər bir şeyi idarə edə bilirəm: Fərqli həyatlar, fərqli hekayələr. Oyun oynayarkən siz başqa bir insanın həyatını yaşayırsınız. Təsvir edilməz bir hissdir. Gərək oynayasan ki – başa düşəsən.
    - Hansı oyun üzərində çox vaxt sərf etmisən?
    - Ooo. Uşaqlıqda Prince of Persia oyunu idi, son zamanlar oynadığım oyunlardan – The Evil Within və Dark Souls-u missal göstərə bilərəm.
    - Nə zaman sən əsl gamer olduğunu hiss etdin?
    - Özümü xatırladığımdan bəri hər zaman oyun oynayıram. Əlbəttə ki ilk vaxtlar oynamağa konsollardan başlamışdım. Amma deyim ki, həyatımda mənim sadəcə oyun oynamaqla keçirdiyim vaxtlarım da olub. Hər səhərim çay və ya qəhvə ilə deyil, kompüteri işə salmaq ilə başlayırdı. Məktəbi təzə bitirmişdim və günlərimi oyun oynamaqla keçirirdim.
    - Oyunlardan nəsə bir fayda alırsan?
    - Əlbəttə! Biz gamerlər dünyanı daha fərqli görürük. Tam səmimi deyə bilərəm ki oyunlardan çox şey öyrənmişəm. Oyunlar insanın məntiqini inkişaf elətdirir və dünyagörüşünü dəyişirlər. Və ən əsası xəyal gücünü genişləndirirlər. Gamerlərin gözündə dünya həmişə daha maraqlıdır.
    - Əla gamer olmaq üçün hansı bacarıqlar lazımdır?
    - Ən əsası məncə oyundan həzz almaq və bütövlüklə özünü oyuna vermək lazımdır. Ancaq oynamaq üçün oynamaq lazım deyil, mütləq bir taktika olmalıdır.
    - Mənasızca klaviaturanın düymələrinə basmaq yoxsa beyin işlətmək lazımdır?
    - Əlbəttə ki beyin işlətməlisiniz. Amma oyundanda asılıdır. Əgər sadə smartfon oyunudursa, orda çox vaxt məntiq və taktika lazım olmur.
    - Red Bull Mind Gamers haqqında nə fikirləşirsən?
    - Məncə gənclər üçün bu əla bir fürsətdir. Çox sevinirəm ki bizim ölkədə belə maraqlı layihələr keçirilir. Zəka oyunları tam da bizlərə lazım olan oyunlardır – biraz beynimizi işlədək.
    - Playstation, Xbox 360 yoxsa PC?
    - Hamısı birdən! Bunlardan heç olmasa birindən imtina etmək olar?! Mən PC oyunçusuyam, amma mənim bir arzum var – gələcəkdə, evimdə xüsusi bir oyun otağım olacaq, harada ki bütün konsolları bir-bir yığacam. Evimdə bir cənnət!
    - Gamerlik oğlanların məşğuliyyətidir yoxsa qızların da burda şansı var?
    - Qız və ya oğlan – nə fərqi var ki? Əgər oynamağı sevirsinizsə cinsiyyətin heç bir fərqi yoxdur. Heç vaxt belə stereotiplərin tərəfdarı olmamışam.
    - TOP-3 ən maraqlı oyun siyahını bizimlə bölüşə bilərsən?
    - Yox! Çox çətin və qəddar bir sualdır. Çünki 3 çox azdır. Gəlin 5 ədəd oyun adı çəkim: Resident Evil, Assassin’s Creed, Tomb Raider, Mafia, Devil May Cry.
    Red Bull Mind Gamers haqqında daha ətraflı məlumat almaq istəyirsizsə bu linkə daxil olun.
    Linki kopyala