main-post-cover

    Gamerin hesabını oyun oynamaq üçün hack etdilər

    Elm & Texnologiya
    07.05.2017
    Farid Pardashunas

    Gamerlərdən biri çox maraqlı hadisəni sosial şəbəkədə paylaşıb. Verilən məlumata görə gamerin hesabı başqa biri tərəfindən ələ keçirilib və onun əvəzinə oyun aparılıb.

    RankFTW adlı gamer çox maraqlı bir məlumat paylaşıb. Onun sözlərinə görə oyun üçün qeydiyyatdan keçdiyi hesab başqaları tərəfindən ələ keçirilib və onun əvəzinə oyun davam etdirilib. İşin maraqlı tərəfi isə gamerin şəxsi məlumatlarının, e-mail, şifrəsinin olduğu kimi saxlanmasıdır. Bundan əlavə gamer ələ keçirilən oyunun sadəcə bir turunun oynanıldığını vurğulayıb. Bu oyun isə Watch Dogs 2 oyunudur.
    Gamer bildirib ki, Watch Dogs 2 oyunu o, işdə olarkən oynanılıb. Oyunu oynayanlar gamerin nəticəsini irəli aparmağa nail olublar. Gamer, Uplay-ı aktiv edərkən 17 saat oynanıldığını göstərdiyini görüb. Bu isə onun sözlərinə görə mümkün deyil. Həmçinin o bildirib ki, oyunu açdıqda bacarıqları göstərən bir çox hərəkət aktiv olub.

    Gamer parolunu dəyişdiyini və çox pilləli qoruma rejimi qoyduğunu bildirib. Amma kredit kartı üçün narahat olmayıb. Səbəb isə hər sayt üçün ayrı-ayrı kredit kartı istifadə etməsidir.
    Paylaşılan məlumata münasibət bildirən istifadəçilər hesabı qıranların sadəcə oyun oynamaq istədiyini, digər qrup insan isə sadəcə oyun üçün bulud saxlama yerinin sistemə başqa birinin nəticələrini yükləyə biləcəyini vurğulayıb.

    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər