main-post-cover

    Gələcəyi bugünə daşıyan 7 texnologiya möcüzəsi ixtira

    Elm & Texnologiya
    07.05.2017
    Farid Pardashunas

    Barmaq xətkeşi

    Təxmini bir ölçü tutmaq yerinə sizə həqiqi ölçüləri göstərən bu xətkeş ilə hər yeri ölçə bilərsiniz.
     

    Şəbəkəyə ehtiyacı olmayan messenger

    goTenna adındakı bu alət, wifi ya da şəbəkə olmayan yerlərdə belə mesaj göndərə bilməyinizə şərait yaradır. Xüsusilə tez-tez səyahət edən şəxslər üçün möhtəşəm bir ixtiradır.

    Toxunduğu əşyaların rəngində yazan qələm

    Dizaynerlər və rəssamlar üçün möhtəşəm bir alət olan bu qələm, ətrafdakı əşyaların rəngini təyin edir və o rəngdə yazmağınıza şərait yaradır.

    İt tərcüməçisi

    No More Woof adındakı bu alət, itinizin ehtiyaclarını birbaşa olaraq anlamağınıza şərait yaradır. İtiniz acdığında "mən acam”, küçəyə çıxmaq istədiyində "küçəyə çıxaq” kimi cümlələr qurur.
     

    Qaranlıqda böyüyən bitki

    Bəli, düzgün oxudunuz. Bu bitki, bir qrup biotexnologiya həvəskarları tərəfindən hazırlanıb. Parlaq bakteriya genlərinin tütün bitkisinə köçürərək yaradılan bitki, qaranlıqda böyüyür və öz işığını istehsal edir.
     

    Daşına bilinən mini printer

    ZutA adında İsrailli bir firma tərəfindən hazırlanan printer, istədiyiniz zaman istədiyiniz yerdə çap etməyinizə şərait yaradır və ağıllı telefonlarla idarə edilir.

    Barmaqla mətn oxuyucu

    FingerReader adındakı bu alət, barmağınızı üzərindən keçirdiyiniz bütün sözləri yüksək səslə oxuya bilir və hətta tərcümə edir. Xüsusilə görmə problemi olan şəxslər üçün möhtəşəm bir ixtiradır.
    Linki kopyala