main-post-cover

    Gələcəyin Kiber hücumları necə olacaq?

    Elm & Texnologiya
    07.05.2017
    Farid Pardashunas

    Günü-gündən inkişaf edən texnologiya ilə birlikdə kiber hücumlar günümüzdəkindən daha fərqli və qəribə üsullar ilə həyata keçiriləcək!

    Hazırda hər şeyin haradasa tamamən rəqəmsal mühitə köçürülməsi ilə birlikdə kiber dünyada olduqca vacib məlumatlarımız əks etdirilir. Bunun bir nəticəsi olaraq da İngiltərə Təhlükəsizlik Agentliyinin məlumatlarında da göstərildiyi kimi kiber cinayətlər, baş vermiş bütün cinayət hallarının 53%-ini təşkil edir.
    Diqqətinizə çatdıraq ki, kiber cinayətlər üçün bu 53% belə hazırki şəraitdə olduqca kiçik rəqəmdir. İnkişaf edən və rəqəmsallaşan dünya ilə birlikdə və yeni texnologiyaların da həyatımıza girməsi ilə kiber cinayətlər artıq insanlığın mübarizə aparacağı ən böyük dərdlərdən biri olacaq. Bəs gələcəkdə bu cinayətlər necə həyata keçiriləcək?

    Ağıllı cihazlar hackerlərin idarəsində olacaq

    "IntelSecurity”nin rəhbərliyindən Raj Samani-nin açıqlamasına görə yaxın gələcəkdə ağıllı cihazlar hərkəsin evinə girdiyində kiber quldurlar internetə bağlı bu ağıllı cihazları hack edərək sahiblərindən cihazların işləməsi üçün külli miqdarda pul tələb edə biləcəklər ki, bu hələ ən yaxşı ssenaridir.
    Sürücüsüz avtomobillərə gəldikdə isə, istiqamətini GPS və internet vasitəsilə təyin edən bu cihazlar, hack edildiyində içindəki şəxsi istədiyi istiqamətə apara biləcək və bu istiqaməti ekranda göstərməyərək insanların vəziyyətdən xəbərdar olmamalarına gətirib çıxardacaq.

    Robotlar kamikadzelərə çevriləcək

    Yavaş-yavaş həyatımızın bir parçası olmağa başlayan robotlar, gün gəldiyində bəlkə də ən vacib köməkçilərimiz olacaq və robotlarla qarşılaşmağımız qaçınılmaz olacaq.”TheFutureLabaratory” rəhbəri Tresi Follovs, insanların iş gücünün 35%-inin robotların yerinə keçəcəyini və kiber hücumlarla bu robotların təhlükəli bir kamikadzeyə, canlı bombaya çevrilə biləcəyini bildirir.

    Kvant kompüterlərdəki məlumatları oxumaq mümkün olacaq

    Bildiyiniz kimi hazırda kvant kompüterlər inkişaf etmiş şifrələnmələrlə tərkiblərindəki məlumatları qoruyurlar. Ancaq dəyişən texnologiya ilə bu şifrələrin qırılması deyilənə görə sadələşəcək və kompüterlərdəki məlumatlar yeni bir şifrələnmə ilə başdan şifrələnənə qədər hackerlər asanlıqla bu məlumatları oxuya biləcəklər. Belə ki, bəzi dövlət məlumatlarının belə bu üsulla ələ keçirilə bilinəcəyi deyilir.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər