main-post-cover

    Gələn il çıxacaq iPhone modelləri haqqında yeni məlumatlar sızdırıldı

    Elm & Texnologiya
    07.05.2017
    Farid Pardashunas

    Yaponiyanın MacOtakara saytı, 2017-ci ildə təqdim olunacaq iPhone modelinin özəlliklərini təqdim edib.

    Mənbənin verdiyi məlumata görə gələn il, 3 iPhone modeli təqdim olunacaq. 4.7 inç ekranlı iPhone 7s, 5.5 inç ekranlı iPhone 7s PlusiPhone 8. Məlumata əsasən iPhone 7s və iPhone 7s Plus modelləri LCD ekranla təchiz olunacaqlar. Lakin iPhone 7s Plus modeli daha parlaq və ekonomik OLED matrisaya sahib olacaq. Hər iki modelin korpusu alüminiumdan hazırlanacaq. iPhone 8-in isə korpusu şüşədən ibarət olacaq. iPhone 8-in arxa paneli üçün şüşə korpusu Çinin "Biel Crystal Manufactory” və "Lens Technology” şirkətləri istehsal edəcək. Həmçinin iPhone 8, naqilsiz şarj sistemini dəstəkləyəcək, şüşə korpus isə metaldan fərqli olaraq radiotezlikli maneələr yaratmayacaq. Ən əsas özəlliklərdən biri isə iPhone 8-in 3D çəkimlər üçün nəzərdə tutulmuş xüsusi kamerası olacaq. Əgər iPhone 7s və iPhone 7s Plus modellərində arxa kameralar horizontal olacağı halda, iPhone 8-də arxa kameralar vertikal şəraitdə olacaq.

    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər