main-post-cover

    Gənc oğlan, 12 saat fasiləsiz oyun oynadıqdan sonra qan laxtalanmasına görə öldü!

    Elm & Texnologiya
    07.05.2017
    Farid Pardashunas

    İngiltərədə bir Xbox oyunçusu, fasiləsiz olaraq 12 saat oyun oynadıqdan sonra qan laxtalanması səbəbindən həyatını itirdi.

    Bir Xbox oyunçusu, 12 saat fasiləsiz oyun oynadıqdan sonra qan laxtalanması səbəbindən dünyasını dəyişdi. İngiltərədə reallaşan hadisədə,Chris Stanifort adlı 20 yaşındakı gamer, uzun müddət hərəkətsiz qalması səbəbindən, uzun məsafəli uçuşlardakı sərnişinlərdə də görülə bilən "dərin damar laxtalanmasına” məruz qaldı və buna görədə ağciyərlərinin tıxanması səbəbindən həyatını itirdi.
     
    Chris-in atası, oğlunun qəmgin ölümü ilə bağlı olaraq "Bir valideyn olaraq nə etdiyini bildiyiniz üçün kompüter oyunu oynamağın ona zərər verməyəcəyini düşünürsünüz. Bütün ölkədə uşaqlar, uzun müddətlər ərzində bu oyunları oynayırlar. Bunun, onları öldürə biləcəklərini fərqinə varmırlar.” Dedi. Chris, 12 saat oyun oynadıqdan sonra küçəyə çıxdı. Daha sonra dostuna sinəsində ağrı hiss etdiyini dedi və yerə yıxıldı. Təcili yardım həkimləri hadisə yerinə gəlmələrinə baxmayaraq, onu xilas edə bilmədilər. Həkimlər, 20 yaşındakı bu gəncin heç bir sağlamlıq problemi olmamağına baxmayaraq qan laxtalanması səbəbindən öldüyünü təsdiqlədilər.
    Chris-i tanıyan David adlı biri, onun oyun həvəsi ilə bağlı olaraq "Chris, Xbox-u üçün yaşayırdı. Bir oyuna başladığında, fasiləsiz olaraq saatlarla oynayırdı. Bu müddət bəzən 12 saatı keçirdi.” formasında bir açıqlama verdi.
    Qısacası belə hadisələrə mahal verməmək üçün oyun oynayarkən ən azından 2-3 saatda bir fasilə vermək və oyun vaxtlarını bu qədər uzun tutmamaq lazımdır. Əsasən də ac ya da yuxusuz olduqda oyun oynamaq, sağlamlıq baxımından çox böyük bir təhdid yaradır. Unutmayın sağlamlıq hərşeydən əvvəl gəlir.
    Linki kopyala