Gənc oğlan Stiv Cobs-un portretini qeyri-adi şəkildə hazırladı

307

Ukraynalı tələbə Aleksandr Lutsyuk kubik rubikdən Stiv Cobs-un (Steve Jobs) portretini hazırlayıb. Öz əl işini o iPhone 7-nin satışa çıxmasına həsr edib.

Bu günlərdə Lvov-da kubik rubikin tez yığılması üzrə çempionat keçirilib. Yarışda Ukraynadan olan yüzlərlə gənc iştirak edib. "Kubik Rubikdən Mozaika” nominasiyası üzrə 20 yaşlı ukraynalı tələbə Aleksandr Lutsyuk qalib gəlib. "Technote.az”ın "Macdigger.ru”a istinadən verdiyi xəbərə əsasən Aleksandr portreti 90 dəqiqəyə ərsəyə gətirib. Portretin hazırlanması üçün 432 kubik rubik lazım olub. "Apple-ın yeni smartfonu satışa çıxanda düşündüm ki, kubik rubikdən Stiv Cobs-un portretini hazırlamaq heçdə pis olmaz. Bəli etiraf edirəm ki, Stiv Cobs pərəstiş etdiyim insandır və o mənim motivasiya mənbəyimdir. Onun bioqrafiyasını oxuyandan sonra anladım ki, sənin kim olduğun və hansı maddi duruma malik olduğun önəmli deyil. Önəmli olan öz məqsədinə dayanmadan irəliləməkdir” – deyə Aleksandr bildirib. Portreti yaratmaq Aleksandr üçün heçdə çətin olmayıb. Belə ki, o bu işlə artıq çoxdandır ki, məşqul olur.