main-post-cover

    Gənc youtuber bir videosuyla bütün ölkənin nifrətini qazandı, Polisin ən çox axtardığı adam oldu

    Sosial Media
    07.05.2017
    Farid Pardashunas

    Hindistanda gənc bir YouTuber, ABŞ-lı həmkarlarının küçədə gözəl qızları öpdüyü Youtube videolarından həvəslənərək eynisini Hindistanda etməyə çalışdı.

    Dünya internet vasitəsilə texnolojik olaraq kiçilir ola bilər amma mədəniyyətlər arasında hələ çox böyük yollar var.
    Bu fərqliliyi dərk etməyən Hindistanlı bir gəncin isə başı böyük bəlaya girdi.
    ABŞ-dakı Youtuberların çox maraq görən, "küçədə gördüyün gözəl qızları öp” mövzulu videolarının bənzərini Hindistanda çəkməyə çalışan Hindli gənc başını bəlaya saldı.
    Hindistan küçələrində gördüyü gözəl gənc qızları öpüb qaçan və daha sonra bu videoları Youtube-da paylaşan Hindli YouTuber, hazırda Hindistanın ən nifrət edilən insanına çevrilib.
    Qızları öpdükdən sonra ətrafdakı xalqın hücumundan güclə qaçaraq qurtulan gəncin arxasına bu dəfə də polis düşdü.
    Youtuber gənc tərəfindən öpülən zərər çəkmiş gənc qızlar şikayət etdikdən sonra, Sumit Verme adlı gənc indi ölkədə axtarılanlar siyahısına girdi.
    ABŞ-dakı çəkilən videolarda, Youtuberların gənc qızlardanicazə alaraq qızları öpdüyünü xatırladan şikayətçilər, Hindli gəncin etdiyinin isə cinsi istismar olduğunu vurğulayırlar ki, bizcə də vəziyyəti tam olaraq cinsi istismar olaraq adlandırmaq olar.
    Verme, əlaqədar videonu kanalından sildi ancaq Crazy Sumit adlı kanalda, Hindistan küçələrində bir qıza yaxınlaşıb telefon nömrəsini istəmək kimi mövzulara sahib videoları hələ də qalır. Hindistanda xəbər verilişlərindən birində bu barədə hazırlanmış xəbərin videosuna aşağıdan baxa bilərsiniz. 
     
    Verme tutularsa, cinsi istismar iddiası ilə ağır cəzalar ala bilər.

    Bu nümunə, Youtube-da maraq cəlbedəcək video çəkmək istəyərkən düşüncəsizcə davranan gənclərin başına nələrin gələ biləcəyinə dair mühüm bir sübut olaraq internet tarixinə keçəcək kimi görünür.

    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər