main-post-cover

    GIF sevərlər üçün cənnət

    Sosial Media
    07.05.2017
    Farid Pardashunas

    Sosial mediada böyük bəyənmə toplayan ancaq tapılması üçün bir xeyli axtarış edilən GIF-lər üçün artıq yeni bir mənbə var. Internet Archive, milyonlarla köhnə GIF-i bir araya gətirdi.

    İnterneti arxivləyən vacib bir xidmət olan Internet Archive, 20-ci ilinin şərəfinə, yeni bir GIF arxivini təqdim etdi.
    4,5 milyon GIF-dən ibarət olan arxivdə, çox köhnə və klassik GIF-lər yer alır.
    Geocities-də yer alan milyonlarla GIF ilə yaradılan və GIFcities adını alan arxiv eyni zamanda GIF-in yer aldığı orijinal saytın Wayback Machine üzərindəki arxiv görüntülərinə də keçid linkini əlavə edir. Beləcə o GIF haqqında olan xəbər və şərhləri də oxumaq imkanınız olacaq.
    90-cı illərdən qalma 4,5 milyon GIF ilə tam mənası ilə rəqəmsal bir arxeoloji dəyərə də sahib olan yeni arxiv vasitəsi ilə, sosial mediada artıq 90-cı illərə aid çox daha artıq GIF görmək mümkün olacaq.
    Maraqlananlar yeni GIF arxivinə "bu linkdən” baxa bilərlər.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər