Gizli olsa da "Apple" hələ də "Samsung"la əməkdaşlıq edir!

668

"Apple"ın yeni iPhone 7 seriyası telefonlarının RAM-ı "Samsung" şirkəti tərəfindən istehsal olunur

Bildiyiniz kimi iPhoneGalaxy S/Note seriyası ilə illərdir bir-birləri ilə rəqabət aparan "Apple" və "Samsung" hər nə qədər bir-birlərinə qarşı çıxış etsələr də, digər tərəfdən əməkdaşlıq da edirlər. Xatırladaq ki, əvvəlki illərdə prosessorlarını "Samsung"a həvalə edən "Apple", bu il bu işi yalnız "TSMC"ı ilə aparacağını açıqlamışdı. Bundan sonra "Apple"ın "Samsung"la ortaq işi qalmadığı düşünülsə də, iFixit-in etdiyi açıqlamada bunun belə olmadığı ortaya çıxdı.

 

Belə ki, iFixit-in verdiyi məlumata əsasən "Apple"ın yeni model iPhoe 7 seriyasında yer alan 2 GB RAM məhz "Samsung" tərəfindən istehsal olunur. Bundan əlavə "Apple" modemlərini "Intel"dən tədarük edərkən, cihazlarının saxlama sahəsini təşkil edən 128 GB-lık yaddaşları isə "Hynix" adlı istehsalçıdan alır.