main-post-cover

    Gmail-ə çox faydalı funksiya əlavə olunub

    Sosial Media
    07.05.2017
    Farid Pardashunas

    "Google” şirkəti, Gmail-də videoların izlənə bilməsi özəlliyini əlavə edib.

    Daha əvvəllər istifadəçi, ona gələn məktubdakı videonu izləmək üçün ilk öncə onu yükləməli olurdu. Yeni funksiya vasitəsilə isə istifadəçi, göndərilmiş məktubun daxilindəki videonu birbaşa Gmail-də izləyə bilər. Videoya klik edən zaman YouTube-a bənzər pəncərə açılacaq və istifadəçi, videonu rahatlıqla izləyə biləcək. Bundan əlavə olaraq o, videonun görüntü və səs keyfiyyətinə də düzəlişlər edə biləcək. Bu cür funksiya, əsasən mobil telefon vasitəsilə çəkilmiş kiçik videoların baxılması üçün çox rahat ola bilər. Qeyd etmək lazımdır ki, qəbul olunmuş videoları əvvəlki kimi yükləmək imkanı olduğu kimi qalır. Lakin yeni funksiya, videonu operativ izləmək üçün istifadəçinin işini asanlaşdırır. Sözügedən yeni funksiyanın 15 gün ərzində bütün Gmail istifadəçiləri üçün aktiv olacağı qeyd olunub.
    Linki kopyala