Gmail-ə göndərilən məktubların həcm limiti qaldırıldı
Sosial Media
07.05.2017
Farid Pardashunas
Gmail və digər elektron poçt servisləri maksimum 25 MB həcmli məktubları qəbul etmək və göndərmək imkanını verir.
Lakin bu baxımdan bəzən istisnalar da olur. Beləliklə "Google”
şirkəti bu limiti aradan qaldıraraq onu 50 MB edib. Bundan sonra istifadəçilər,
50 MB həcmə qədər olan məktubları qəbul edə biləcəklər. Lakin bununla belə göndərilən
məktubların həcmi olduğu kimi 25 MB qalır. Buradan sual yarana bilər ki, əgər
limit 50 MB-kimi qaldırılıbsa və əgər göndərilən məktubun limiti 25 MB-dırsa
onda burda məntiq hardadır? Məsələ burasındadır ki, yeni özəllik, iki Gmail ünvanı arasındakı məktublaşmaya şamil olunmur. Əgər siz 50 MB həcmli məktubu
digər elektron poçt servisi vasitəsilə Gmail ünvanına göndərsəniz onda
problemsiz məktub bir başa ünvana çatdırılacaq. Lakin bir Gmail ünvanından digərinə
sözügedən həcmli məktubu göndərən zaman isə istifadəçi məcburi şəkildə Google
Drive servisindən istifadə etməli olacaq. Günümüzdə elektron poçt servisləri,
göndərilən məktubun həcminin böyük olduğu halda onu avtomatik şəkildə bulud
servisə yükləmə funksiyasına malikdirlər. Lakin müxtəlif servislərdə həcm məsələsi
tamamilə fərqlənə bilər. Məsələn Outlook.com, 50 MB həcmə kimi məktub göndərmə
imkanını verir. Bəzi servislər isə heç limit qoymur. Gmail-in bu yeni özəlliyi
yaxın bir neçə gün ərzində bütün istifadəçilərə təqdim olunacaq.
Linki kopyala
Bənzər xəbərlər
Oxşar xəbərlər
Həftənin xəbərləri
WhatsApp-da AirDrop analoqu istifadəyə veriləcək
Galaxy C seriyası geri qayıtdı: Samsung Galaxy C55 5G smartfonu təqdim edilib - QİYMƏTİ