main-post-cover

    Gmail-i hack edən hacker mükafatlandırıldı

    Elm & Texnologiya
    07.05.2017
    Farid Pardashunas

    "Google”ın ən çox istifadə olunan xidmətlərindən biri olan Gmail bir hacker tərəfindən hack olundu. Belə ki, bu hacking digərlərindən fərqli olaraq müsbət xarakter daşıyır.

    Keçdiyimiz günlərdə pakistanlı bir hacker Gmail-də olan çox ciddi boşluğu tapdı. Hətta bu tapıntıya görə "Google" şirkəti hackeri pul ilə mükafatlandırdı. Gmail-də tapılan bu boşluq vasitəsilə istənilən insanın gmail hesabına sızmaq mümkün idi. Belə ki, Google işçiləri tərəfindən təqdim olunan Gmail, şirkətin də dəstəyilə e-məktub dünyasının əsas hissələrindən birini təşkil edir. Pakistanlı Əhməd Məhtabadlı hackerin tapdığı boşluq bir çoxlarının hesabının oğurlanmasının qarşısını alıb.
     
    Hackerin tapdığı boşluq isə çox maraqlıdır. Belə ki, "Google” eyni istifadəçiyə aid olduğunu hesab etdiyi hesabları ortaq olaraq qəbul edir və bütün hesabları bir-birinə bağlayırdı. Bu isə bir şəxsin, xüsusilə də hackerin başqa hesaba sızmasına şərait yaradırdı. Bu məntiqi istifadə edən Əhməd istifadəçi offline olduqda o zaman onun adıyla yeni bir Gmail hesabı açır və digər bağlı hesablara asanlıqla sıza bilirdi.
    "Google"un mükafatlandırdığı Əhməd, ölkəsində də sevinclə qarşılanıb.
    Linki kopyala