main-post-cover

    Günəş sistemindən kənarda su buludları aşkar edilib

    Digər
    07.05.2017
    Farid Pardashunas
    Santa-Kruz Universitetinin astronomları WISE 0855 adlı qəhvəyi cırtdan obyektdə su buludlarının var olması haqqında sübutlar əldə ediblər. Beləliklə onlar Günəş sistemindən kənarda su buludlarını aşkar ediblər. WISE 0855 Yer kürəsindən 7.2 işıq ili uzaqlığında yerləşir. Lakin onu müşahidə etmək bir qədər çətindir. Belə ki, o soyuq və bozdur. O planet adı üçün böyük, ulduz adı üçün isə çox balacadır. O öz həyatına istənilən hər-hansı bir ulduz kimi başlayıb. Lakin obyektin kütləsi termonüvə reaksiyasının başlaması üçün lazımi səviyyədə deyil. WISE 0855-in kütləsi Yupiter-in kütləsindən 5 dəfə böyükdür. Onun səthindəki temperatur isə Günəş sistemindəki qaz planetləri kimi soyuqdur. Obyektin boz olduğundan astronomlar onun tərkibini spektroskopiya ilə müşahidə edə bilməyiblər. Bunun yerinə astronomlar Havay adalarındakı teleskoplardan istifadə edərək obyektin atmosferinin dərin qatlarından yayılan termal şüalanmanı aşkar ediblər. Nəticədə spektoqrafik müşahidə çətin də olsa mümkün olub. "Bizim əldə etdiyimiz spektrlar onu göstərir ki, WISE 0855-in atmosferi su buxarı və buludlara sahibdir” – deyə müşahidəçilərdən biri qeyd edib. Günəş sistemindən kənarda olan soyuq obyektlərin müşahidəsi çox çətin olur. Lakin qəhvəyi cırtdan obyektlər üzərində gələcək müşahidələr qalaktikada adi suya nə dərəcədə nadir rastlanma haqqında təsəvvürlərin yaranmasına kömək olacaq. 
    Linki kopyala