main-post-cover

    "Google" adı necə yarandı?

    Sosial Media
    07.05.2017
    Farid Pardashunas

    Hər gün dəfələrlə axtarış etdiyimiz, dünyanın ən böyük şirkətlərindən olan "Google"un adının ortaya çıxış hekayəsini sizlərə çatdırmaq istəyirik.

    9 yaşındakı Milton Sirotta və qardaşı Edvin günün birində əmiləri ilə Nyu Cersey tərəflərində gəzintiyə çıxmışdılar. Əmiləri Edvard Kasner, Kolumbiya Universitetində riyaziyyatçısı idi. Kasner, oxumağa maraqlı 9 yaşındakı uşaqların marağını cəlb etmək üçün seçdiyi bir mövzuda danışaraq uşaqları əyləndirməyə çalışırdı. Mövzu "1" rəqəminin ardına yüz ədəd 0 əlavə edilərək yazılan rəqəm idi. Kasner uşaqlara bu rəqəmə bir ad tapmaqları üçün meydan oxudu. Miltonun tövsiyyə etdiyi ad "googol" oldu.
    "Google" adı necə yarandı?

    Googol sözü ilk dəfə Kasnerin, Ceyms Nyuman ilə bərabər 1940-cı ildə qələmə aldığı "Mathematics and Imagination" adlı kitabda ortaya çıxdı. Həmçinin daha böyük bir rəqəmə verilən və 10 üstü googol olaraq bilinən googolplex rəqəminə verilən ad da ilk dəfə bu kitabda paylaşıldı. Hər iki söz də ağıllarda qaldı və müasir mədəniyyətə daxil olaraq, Larry Peyc və Sergey Brin tərəfindən hazırlanan axtarış sisteminə verilən adda qarşımıza çıxdı.
    Stanford Universitetindən "David Koller"in dediklərinə görə, Şon Anderson Larri Peyc ofislərindəki ağ lövhəni istifadə edərək yaxşı bir ad tapmağa çalışırdılar. Milyonlarla məlumatın yer alacağı bir şəbəkəyə veriləcək bir ad axtarışında idilər. Şon, sözlü olaraq googolplex ideyasını ortaya atdı və Larri də bu sözü qısaldaraq googol sözü ilə cavab verdi. Kompüter qarşısına oturan Şon, tapdıqları adın qeydiyyat və istifadə üçün yararlı olub-olmadığını öyrənmək üçün internet domen adı qeydiyyatı şəbəkəsində bir axtarış reallaşdırdı. Sözü düzgün yazmağı bacarmayan Şon, səhv edərək google.com olaraq axtarmış və domen adının qeydiyyat üçün uyğun olduğunu görmüşdü. Ad Larri-nində xoşuna gəldiyi üçün bir neçə saat içində "google.com"u öz adlarına qeyd etdirmişdilər. Eyni zamanda "Google"un Mountain View kampusunun digər adı da Googleplex olaraq keçməkdədir.
     
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər