main-post-cover

    Google Adwords nədir? Google Adwords-də reklam verməyin üstünlükləri nələrdir?

    Digər
    07.05.2017
    Farid Pardashunas
    Dünya miqyasında reklam bazarında liderlik edən Google Adwords-də, məhsul və ya xidmət təklif etmək çox asandır. Hər firmaya reklam vermə şansı təqdim edən Google Adwords-un istifadəsi olduqca asan, sürətli olmaqla bərabər, geniş kütləni də əhatə edir. Düzgün istifadə olunduqda effektivlik dərəcəsi yüksək olur və reklam üçün seçilən kəlimələr arasında da rəqabət yaranır.

    Reklamın ən sadə və effektiv yolu

    Google Adwords-un istifadəsi olduqca sadədir. Təbii ki, bu işdə də mütəxəssis köməyindən istifadə etmək daha məqsədəuyğundur. Reklam verənlər Google Adwords vasitəsilə gələn hər bir ziyarət üçün məbləğ ödəyirlər. Asan istifadə olunduğu üçün Google Adwords ən çox istifadə olunan Google xidmətlərindən biridir.

    Büdcə təyinetməyə yardımçı olur

    Adwords reklamlarını verməzdən əvvəl ilk öncə büdcənizi təyin etməli və buna uyğun addım atmalısınız. Burada nə qədər çox maliyyə sərf etsəniz, bir o qədər çox ön sıralarda yer alacaqsınız. Bir məhsulu tanıdarkən klik başına ödəniş sisteminin keçərli olduğunu unutmayın.

    Açar söz təyini

    Büdcənizi təyin etmisinizsə, ikinci vacib olan məsələni unutmamalısınız. İkinci əsas məsələ isə düzgün açar sözün seçilməsidir. Bu işdə SEO mütəxəssisləri vacib rol oynayırlar. Belə ki, bu mütəxəssislər məhsula uyğun gələn söz və söz birləşmələrini düzgün seçməlidirlər. Bu seçimlər istifadəçinin məhsul və xidmətlərinizi daha tez tapmaqda yardımçı olacaq. Buna misal olaraq, Dominos-un Google Adwords-də verdiyi reklamı göstərmək olar. Belə ki, istifadəçi "Lahmacun sifarişi ver" axtarışını verdikdə "Pizza mı Lahmacun mu?" və ya Dominosun digər məhsulları haqda təkliflər öz əksini tapırdı. Bu yolla Dominos öz internet üzərindəki satışlarını 4 dəfə artıra bilmişdi. Yəni reklam verərkən insanların düşüncəsinə təsir edən sadə amma yaradıcı fikirlər tapmaq vacibdir. Çünki reklam insanların şüur altına təsir edən amillərdəndir. 

    Fərqli saytlarda reklam verməyin üstünlükləri

    Reklamınızı eyni zamanda başqa saytlarda da vermək şansınız var. Məhsullarınızı Google-un sahib olduğu ya da ortağı olduğu saytlarda görüntüləyə bilərsiniz. Bundan əlavə reklamlarınızın hansı saytda təqdim olunması seçimini özünüz edə bilərsiniz. Bu işdə görüntülü reklam şəbəkəsi olan veb saytları da işinizi asanlaşdıra bilər.

    Reklam sıralaması necə təyin olunur

    Google-un axtarış sistemində Adwords reklamlarının hamısı ilk səhifədə yer almır. Bunun üçün açar kəlimələri seçərkən diqqətli olmaq və axtarış zamanı istifadəçinin axtara biləcəyi başlıqları etiketlərdə düzgün qeyd etmək lazımdır.

    Niyə Adwords? — Milyonlara öz reklamınızı təqdim etmə şansı verir!

    Virtual aləmdə klassik əlaqə vasitələrinə rast gəlmək demək olar ki, mümkün deyil. İndi artıq hər kəs internet üzərindən bir-biri ilə əlaqə saxlayır. İnternetin ən vacib qollarından olan reklamçılıq isə bu sahədə xüsusi rol oynayır. Reklam sektorunun internet üzərindən olması isə təbii ki, daha böyük kütləyə çatmağa şərait yaradır. Bu sahədə Adwords xüsusi ilə seçilir, çünki burda hər cibə uyğun reklamı veb üzərindən vermək mümkündür.

    Bundan əlavə Google-da reklam verməyin əsas üstünlükləri aşağıdakılardır:

    Milyonlarla insana reklamınızı çatdırmaq mümkündür.
    7/24 reklamınız hər kəs tərəfindən görünür.
    Hədəf kütləyə məhsulunuzu və ya xidmətinizi çatdırmaq daha asandır.
    Öz büdcənizə uyğun reklam verə bilərsiniz.
    Ödəməni hər klikin sayına görə edirsiniz.
    İstifadəçinin istəyini analiz edə bilirsiniz.
    Reklamlarınızın idarəsi sizdə olur.
    Asan idarə olunandır. Gəlirlər-Xərclər-Performans hesablana biləndir.
    Ölkə, şəhər, bölgə kimi sahələri seçmək sizin istəyinizə bağlıdır.
    Verdiyiniz reklamın dil seçimini belə özünüz təyin edə bilərsiniz. Yəni istifadəçi axtarış verərkən sizin reklamınız seçilmiş dilə görə önə çıxa bilər.
    İstədiyiniz gün və saatda göstərilmə zamanını təyin edə bilərsiniz.
    İllik, aylıq, həftəlik və günlük planlamaları öz büdcənizə uyğun edə bilər və ya dəyişdirə bilərsiniz.
    Sadəcə hədəf kütləyə öz məhsul və xidmətlərinizi təqdim edərək yüksək effektivlik əldə etmək mümkündür.
    Linki kopyala