main-post-cover

    Google Allo, PC-ə gəlir

    Sosial Media
    07.05.2017
    Farid Pardashunas

    Google Allo messencerinin PC versiyası haqqında məlumatlar ortaya çıxdı.

    2016-cı ilin May ayında keçirilmiş Google I/O 2016 tədbiri çərçivəsində şirkət, Allo adlı yeni messencerini təqdim etmişdi. Keçən ilin Sentyabr ayında messencer, bütün Android istifadəçiləri üçün aktiv idi. Daha sonra isə sözügedən messencerdən iOS istifadəçiləri də yararlana bildilər. İndi isə bu messencerin PC üçün hazırlandığı məlumatı verilib. Bu məlumatı "Google şirkətinin vitse-prezidenti Nick Fox öz Twitter hesabında verib. Məlumata əsasən Google Allo-nun PC versiyası hələ ilkin hazırlanma mərhələsindədir. Beləliklə onun yaxın bir neçə ay ərzində təqdim olunacağını gözləmək lazım deyil. Bundan əlavə olaraq Nick Fox, PC versiyasının çalışan versiyasının fotosunu da paylaşıb. Fotodan da göründüyü kimi messencerin PC versiyası digər messencerlərin PC versiyasına bənzəyir və onda nəsə maraqlı bir özəlliyə rast gəlmək hələki mümkün deyil.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər