main-post-cover

    Whatsapp-a rəqib tətbiq, Google Allo təqdim olundu!

    Elm & Texnologiya
    07.05.2017
    Farid Pardashunas

    Süni zəkanı dəstəkləyən mesajlaşma tətbiqi Allo gəldi

    Google, süni zəkaya əsaslanan mesajlaşma tətbiqi Allo-nu təqdim edib!
    Google, May ayında təşkil etdiyi konfransda "ağıllı məsajlaşma olan” Allo haqda məlumat vermişdi. WhatsApp kimi Allo-ya daxil etməli olduğunuz yeganə şey telefon nömrənizdir. Yeni tətbiqdə gizli mesaj funksiyası, etiketlər və bir çox yazı formatları yer almaqdadır. Tətbiqin ən diqqət çəkən tərəfi isə süni zəkanı dəstəkləmiş olmasıdır. Öyrənə bilən süni zəkaya sahib Allo, gələn məsajlara ən uyğun cavabı verərək, zamanınıza qənaət edir. Google Assistanı dəstəkləyən Allo, suallarınıza cavab verir və Google axtarışları edib bunlara özəl linklər yollaya biləcəyiniz seçimlər təklif edə bilir. Allo-nun digər tətbiqlərə rəqib olub-olmaması mübahisəlidir. Xatırladaq ki, Google bundan təxminən bir ay əvvəl görüntülü axtarış tətbiqi olan Duo-nu təqdim etmişdi. Duo kimi Allo da hələki, mobil üzərindən istifadə oluna bilir. iOSAndroid üçün istifadəyə verilən Allo-nun burdan yükləyə bilərsiniz.
    Linki kopyala