Google Allo, Whatsapp-ı keçə biləcək?
Elm & Texnologiya
07.05.2017
Farid Pardashunas
"Google"ın Allo adlı mesajlaşma tətbiqi indidən əldə etdiyi uğurla digərlərindən seçilməyi bacarıb. Hər kəsi maraqlandıran məqam isə bu tətbiqin WhatsApp-ı keçib keçməyəcəyidir
Phone
Arenanın verdiyi məlumata görə Google Allo qısa zamanda yüksək endirmə sayı ilə
önə keçməyi bacarıb.
Google
Allo nə qədər endirildi?
Google-un
yeni tətbiqinin Google Play Store-dan 1 milyondan çox endirildiyi bildirilsə də Apple Store-dakı vəziyyətlə əlaqəli hələ ki, tam məlumat mövcud deyil. Digər tərəfdən
Play Store-dan yüklənmə sayısının 1-5 milyon aralığında dəyişdiyi güman olunur.
Təbii ki, bu rəqəm təxmini xarakter daşıyır, yəni bundan çox olma ehtimalı da
mövcuddur. Google Allo-nun belə sürətli başlanğıc etməsi rəqibləri olan Facebook
Messenger, WhatsApp, Telegram Messenger və iMessage-i narahat etməyə
başlayıb.
Google Allo-nun xüsusiyyətləri və gizlilik mübahisələri
Qrup meajlaşma,
üzərində dəyişiklik edərək foto göndərmə kimi digər mesajlaşma tətbiqləri ilə
ortaq xüsusiyyətlər daşıyan Allo-nu fərqli edən digər tərəf isə süni zəka dəstəkli Google Asistan inteqrasiyasının olmasıdır. Bu inteqrasiyaya görə tətbiq Google
serverlərinə söhbət qeydləri kimi müxtəlif məlumatları anonim göndərir. Şirkət,
bu məlumatların serverlərində daimi tutulmadığını da vurğulayır. Digər tərəfdən "Google"un bu açıqlaması gizlilik şərtlərini də bərabərində gətirir. Edvard Snouden bir müddət əvvəl "Google"un bu yeniliyini izlənmə baxımından təhlükəsiz
hesab etmədiyini bildirsə də, bu vəziyyət bir çoxlarını narahat etmir.
Linki kopyala
Bənzər xəbərlər
Oxşar xəbərlər
Həftənin xəbərləri
YouTube öz yeni dizaynını test etməyə başlayıb
Telegram-ın yaradıcısı Pavel Durov geniş müsahibə verib (VİDEO)