"Google", "Apigee" startapını 625 Milyon Dollara Satın aldı

504

"Google", birjaya açıq bir startap olan "Apigee.com"u 625 Milyon dollara satın aldığını elan etdi. 

Tətbiq hazırlama interfeysləri (API) sahəsində xidmət göstərən "Apigee", şirkətlərin/startapların rəqəmsal tətbiqlər hazırlamasına köməkçi olur. API idarəetmə platforması olaraq təsvir edilən startap, hərkəsə açıq API-ləri istifadə etmə və şirkətlərin proqramçılarla əlaqələrinin artmasını təmin edir. 

"AT&T", "Ebay", "Adobe" kimi böyük şirkətlərə xidmət göstərən startap, uğurlu gedişatını keçən il ümumi istifadəyə açılmaq ilə taclandırmış və daha da irəli gedərək "Google"un tərkibinə qatılmaqda bir problem görməmişdir. Şirkətin NASDAQ-dakı hissələri 15-16 dollar dəyərində olsa da "Google", 17.40 dollar üzərindən təklif vermiş və dəyərləndirmə 625 milyon dollar səviyyəsində reallaşdırılmışdır. 

Bulud sistemləri tərəfində xüsusilə "Amazon"a qarşı bacarıqlarını artırmaq istəyən "Google", "Apigee"ni bu bulud xidmətləri tərəfində istəyir. "Google" bulud xidmətlərini istifadə edən müştərilərin, "Apigee" ilə daha asan API istifadələrini təmin etmək hədəflənir. 

Digər tərəfdən "Google"un bu satın almasının zamanının Dell-EMC satın almasının reallaşması ilə bağlı olduğunu iddia edənlər də var. Belə ki, "Dell" və "EMC" də şirkətlərin rəqəmsal çevrilişində əsas rol oynayan şirkət olmağı planlaşdırırlar.