"Google", "Apple"ı öz silahı ilə vurub iPhone istifadəçilərini özünə çəkməyə çalışır

982

Google bütün telefon bazarını ələ almaqda iddialıdır

"Google", Pixel telefonları ilə yalnızca Samsung cihazlarını deyil, iPhone-lara da ciddi alternativ olmaqda niyyətlidir. Apple-ın Android istifadəçilərinin iPhone-a keçmələri üçün hazırladığı istifadə kitabçasının oxşar variantını "Google", madeby.google.com üzərindən yayımlayıb. Burda iPhone istifadəçilərinin Pixel-ə necə keçid edəcəkləri göstərilir.


"Google"un təlimatlarına görə iPhoneiPad istifadəçiləri Quick Switcher adındakı adaptoru istifadə edərək Pixel-ə bağlana biləcəklər. Bunun üçün iPhone və iPad-də iOS 8 olması vacib şərtdir. Bu əməliyyatdan əvvəl iMessage-nin bağlanması gərəkdiyini bildirən "Google", "Apple"ın qeydləri silmək üçün istifadə etdiyi vasitəyə qoşulur. Bununla göndərilən mətnlərin silinməsinin önünə keçilir. Sonra isə Google hesabınızla qeydiyyatdan keçib məlumatlarınızı yeni telefonunuza (Pixel) köçürürsünüz.

Bu yeniliklə "Google", "Apple" da başda olmaqla digər telefon istehsalçılarına açıq mesaj göndərir.