Google axtarışlarında thumbnail görüntüsü istifadə etməyə başlayıb

103

Google, mobil cihazlardan edilən axtarışlarda önizləmə görüntüsü istifadə etməyə başladı. Daha əvvəllər xaricdə test edilən xüsusiyyət, artıq digər ölkələrə də tətbiq olunmağa başlayıb. Hər dəfəsində yeni funksiyalarla qarşımıza çıxan Google, indi də mobil vasitələrlə edilən axtarışlarda thumbnail görüntüsü istifadə etməyə başlayıb.

 

Görüntü dəstəkli yeni axtarış nəticələri

Google+ üzərindən elan edilən yeni xüsusiyyətlə, istifadəçilər axtarış görüntüləri ilə daha yaxından tanış olurlar. Məsələn, yuxarıda gördüyünüz kimi LG V20 axtarışı etdiyinizdə, xəbərlərin sağ tərəfində həmin məlumatla əlaqəli görüntü görmüş olursunuz. Həmçinin onu da qeyd etməliyik ki, bu yenilik mobil axtarışları əhatə edir.