Google CEO-sunun şəxsən cavab verdiyi 7 yaşındakı qızdan Google-a iş müraciəti

8279

7 yaşında olmasına baxmayaraq kifayət qədər ağıllı olan Chloe Bridgewater, atasının da dəstəyi ilə Google-a bir məktub yolladı. Google İdarə Heyəti Rəhbəri Sundar Pichai, məktuba şəxsən cavab verdi.

7 yaşındakı Chloe Bridgewater, atasının fikirlərindəki çox təsirli bir karyera danışığının ardından, bir çox dahinin ziyarət etdiyi bir səhifəni ziyarət etməyə qərar verdi: Google Karyera səhifəsi

Kiçik qız, Google-da işləmək üçün hazırladığı tətbiqin bir versiyasını göndərdikdən sonra bir cavab gözlədi. Səliqəsiz və narahat edən avtomatik cavablar yerinə şəxsən, şirkətin CEO-su Sundar Pichai-dən bir məktub aldı.

Google da İdarə Heyəti Rəhbəri və kiçik qız arasındakı əlaqəni təsdiqlədi.


Google, gənc qızın müraciətini şirin bir dillə rədd etmişdi. Əslində bu rədd belə sayılmazdı. Pichai, dəstəkləyici məktubunda "Məktəbini bitirdikdən sonra iş müraciətini yenidən qəbul etməyi səbrsizliklə gözləyirəm.”ifadələrini istifadə edərək, gənc qızı təşviq etdi. Hətta Pichai, "Məncə ağlına qoyduğun hər şeyi edə bilərsən” ifadələrini də cavab məktubunda istifadə etmişdi.

Sözügedən hadisə, balaca qızın atası Andy Bridgewater-dan soruşduğu suallar ilə mümkün olmuşdu. Andy, qızının israrlı suallarına məruz qaldı və işləniləcək ən yaxşı yerin hara olduğunu izah etməli oldu.

Bridgewater, qızına Google-u başa saldı: "Google-un uğurlu və yaradıcı olduğunu vurğuladım. Buna görə də internetdə tapdığım ofislərinin şəkillərini və etdikləri möhtəşəm şeyləri ona göstərdim.

Kiçik qız, müraciətində hansı iş üçün müraciət etmədiyini səmimi olaraq bildirdi. Atası da ona sonsuz dəstək verdi. Niyəsə bu hadisələr bizə Johny Deep-in baş rolu ifa etdiyi "Çarlinin Şokolad Fabriki” filmini xatırlatdı.

Qarşınızda o hisslərlə dolu məktub:


"Sevgili Google Müdiri,

Adım Chloe-dir və Google ilə iş görmək istəyirəm. Həmçinin bir şokolad fabrikində işləmək və Olimpiadalarda üzmək istəyirəm. Kompüterləri çox sevirəm və oyun oynadığım bir planşetim də var. Atam, sizə iş müraciəti etməmi dedi. Google-da işləsəm, Go-Karta minə bilərmişəm. Atama görə, siz mənə bir tətbiq hazırlama şansı verə bilərimişsiniz. Atam mənə bir gün kompüter alacaq. Müəllimlərim, valideyinlərimə çox istedadlı olduğumu dedilər. Balaca bacım da çox ağıllıdır amma 5 yaşı var və hələ də oyuncaq kuklalarla oynayır. Məktubumu oxuduğunuz üçün təşəkkür edirəm, daha əvvəl də Şaxta Babaya bir məktub yollamışdım. Hələlik.”