Google Chrome-u əvəzləyəcək yeni brauzer Google Canary artıq Androiddə

1127

Dünya üzrə, 2016 ili etibarilə 50%-lik istifadə payına çatan Google Chromre, bu sahədə reallaşması çətin bir uğuru əldə etmiş oldu.

İlk versiyası 8 il əvvəl, 2 Sentyabr 2008-ci ildə təqdim olunan Chrome, aradan keçən illərin ardından bir müddət sonra yerini "Canary”yə buraxacaq.

Google Canary-nin beta versiyası nəhayətki Google Play Store-dakı yerini aldı. Bu anadək sadəcə Windows və Mac cihazlar üçün təqdim edilən Canary, beləcə android platformasına da gəlmiş oldu. Play storeda təqdim edilən 56.0.2891.8 versiya nömrəsi olan Canary, sınaqdan keçirmək istəyənləri razı salacaq.

Google, Canary brauzerinin sınaq versiyasında olduğunu və hələki test edilmədiyini bildirib. Bunun nəticəsi olaraq tətbiqdə ara sıra problemlərlə qarşılaşa biləcəyinizi diqqətə çatdırıblar. Ara ara çökmələrdə yaşana bilər.

"Technote.az”ın "DigitalTrends”ə istinadən verdiyi bu xəbərdə, Canary brauzerinin tez-tez yenilənəcəyi və bununda həftənin hər günü olacağı bildirilir. Yenilənmələrin ölçüsünün 100 MB-dan artıq olacağını elan edən Google, istifadəçiləri təəccüləndirib. Beləki hər gün yenilənəcək bu brauzerdən istifadə edəcəksinizsə yenilənmələrin mobil şəbəkənizin interneti üzərindən yox wifi vasitəsilə yerinə yetirildiyinə diqqət edin.

Google əlavə olaraq, yaşanacaq problemləri, çökmələri və digər problemləri mümkün olan ən qısa müddətdə həll edəcəklərinin sözünü verir.

Kompüterinizə Canary yükləmək üçün daxil olun