main-post-cover

    Google Chrome, yeni xüsusiyyətləri ilə göz qamaşdırır!

    Elm & Texnologiya
    07.05.2017
    Farid Pardashunas

    Dünyanın ən məşhur internet brauzeri olan Google Chrome, yeni xüsusiyyətləri ilə gözləri qamaşdırır. Həmdə bu xüsusiyyətlərinin çoxundan Firefoxu seçənlər də faydalana biləcəklər.

    Artıq Chrome 57, WebAssembly dəstəyi ilə daha yığcam web tətbiqlərinə tam icazəli istifadə haqqı verir. Chrome ilə ortaq olan WebAssembly, web tətbiqlərini sürətləndirən və javascript xaricindəki çarpaz brauzer dilləri üçün dəstək yaratmağı hədəfləyən inkişaf etmiş bir daşına bilən kod formatıdır.
    WebAssembly ilə hazırlanan tətbiqlər, daha az kod istifadə edilərək və daha sürətli işləyərək həyatı asanlaşdırır. WebAssembly-ın nələr edə biləcəyini yoxlamaq istəyirsinizsə Chrome və ya Firefox brauzerinizdə, bəzi oyunları oynaya bilərsiniz. The Tanks, Demo və Cube 2 bu oyunların ilk nümunələridir. Ancaq brauzerinizin ən son versiya olduğundan əmin olmalısınız. Əks halda qəribə kilidlənmələr və çökmələr ilə qarşılaşa bilərsiniz.
     
    Chrome 57-də həssas istifadəçi interfeysi dizaynlarını təklif etməyi hədəfləyən yeni sistem, elementlərin birdən artıq sütun və ya sətirə yayılmasına şərait yaradır. Google, həmçinin Chrome-un ən yeni versiyasındakı standart xətaları aradan qaldırdı və Android Chrome-da bəzi xüsusiyyətlərin üstündə işlədi.
    Məsələn, yeni web tətbiqləri indi Android ana ekranına və tətbiq bölməsinə əlavə edilə bilinir. Google, developerlərin, tətbiqləri axtarmaq və ya hissələri dəyişdirmək kimi prosesləri reallaşdırmaq imkanı verən xüsusi bildirişlər yaratmaqlarına icazə verir.
    Chrome-un ən son versiyasını əldə etmək üçün menyuda Kömək> "Google Chrome Haqqında”bölməsinə daxil olun. 57.0.298 versiyasını tapın və yeniləyin. Yenilənmə tamamlandıqda yeni versiyaya keçmək üçün tətbiqi yenidən başlatmağınız kifayət edəcək.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər