Google-da mühəndis olmaq üçün lazım olan 12 texniki cəhət
Elm & Texnologiya
07.05.2017
Farid Pardashunas
Bir çoxumuzun brauzerə girdiyimizdə ilk səhifə olaraq daxil olduğumuz Google, dünya üzrə iş axtaranların işləmək istədiyi firmalar siyahısında da ilk sıradadır.
Google-a olan sevgimizin yanında bunun bir başqa
səbəbi də şübhəsizki şirkətin işçilərinə verdiyi imtiyazlar və digər şirkətlərə
baxanda verdiyi "bir qədər artıq maaş”dır.
Görülən işin yarısını mühəndislik olan şirkətdə
developerlər, təxminən 150.000 dollarla illik maaşın ən yüksək zirvəsini əllərində
saxlayırlar. Bəs, hər il 4000 işə alım reallaşdıran Google-a girə bilmək üçün nə
kimi bacarıqlara malik olmaq lazımdır?
Thomas Friedman-ın Google-un HR direktoru ilə apardığı
bir müsahibədə, öyrənməyə qarşı maraq, yaradıcılıq, nizam-intizam, geniş çərçivəli
düşünmək bacarığı, maraq və təvazökarlıq kimi xüsusiyyətlər önə çıxarkən,
Google-ın mühəndis komandasının ixtisaslaşmalı olduqları texniki bacarıqları da
sizə xatırlatmaq istəyirik:
1) Təməliniz möhkəm olsun: Komputer sistemlərinə giriş səviyyəsində
hakim olmaq olduqca vacibdir. Bunun üçün Coursera və Udacity kimi saytlardan
faydalana bilərsiniz.
2) C++, Java ya da Python kimi proqramlaşdırma dillərindən
ən az birini bilmək lazımdır: Google-un Python Sinifi bu mövzuda sizə kömək edə bilər.
3) Başqa proqramlaşdırma dilləri öyrənin: Google;
javascript, CSS, HTML, Ruby, C, PHP, Perl, Shell. Lisp, Scheme kimi
proqramlaşdırma dillərini bilən mühəndislərə üstünlük verir.
4) Kodunuzu test edin: Bu konutu yenə Udacity-dən
faydalanaraq əksiklərinizi görə bilərsiniz.
5) Analitik düşünmə və abstrakt riyaziyyat da vacibidr:MIT-nin kompüter elmləri üçün riyaziyyat dərsləri bunun üçün rəqibi olmayan bir
mənə olacaqdır.
6) Alqoritm və dataları bilin: Bu mövzuda Wikipediabelə istifadə edilə bilər.
7) Əməliyyat sistemlərini bilin: UC Berkeley-in YouTube
videoları bu mövzuda sizə köməkçi olacaq
8) Süni zəka ilə əlaqə qurun.
9) Compilers istifadə etməyi bacarın: Courseranın bu
mövzuda da bir dərsi mövcuddur.
10) Şifrə yazımını öyrənin: Google-da işləməyin başqa
yolu var? :) Buradan kömək ala bilərsiniz.
11) Paralel proqramlaşdırmaya giriş edin: Courseranın paralel
proqramlaşdırma üçün dərslərindən istifadə edə bilərsiniz.
12) Texnologiyadan xəbərdar olun: Bu mənbədən gündəlik
texnologiya dozanızı almağı unutmamağınız, sizə Google-da işə düzəlmək üçün kömək
edə bilər.
Bu yola baş qoyan hər kəsə uğurlar!
Linki kopyala
Bənzər xəbərlər
Oxşar xəbərlər
Həftənin xəbərləri
WhatsApp-da AirDrop analoqu istifadəyə veriləcək
Galaxy C seriyası geri qayıtdı: Samsung Galaxy C55 5G smartfonu təqdim edilib - QİYMƏTİ