"Google" da öz rəqiblərindən geri qalmamaq üçün mağaza açır

94

Bir müddət əvvəl təşkil etdiyi Made by Google tədbirində yeni texnoloji məhsullarını təqdim edən "Google”, məhsulları satmaq üçün mağaza açmaq qərarına gəlib.

Keçdiyimiz günlərdə təşkil etdiyi Made by Google adlı mətbuat konfransında Google Pixel seriyası telefonlar, Daydream View virtual reallıq cihazı, Google Home, Google Wi-FiChromecast Ultra məhsullarını tanıdan "Google”, bütün bu məhsullarını sata bilmək üçün mağaza açır.

Texnologiya nəhəngi "Google”un yalnız öz markasını təqdim edən texnoloji məhsulları sergiləycəyi və satışa təqdim edəcəyi mağaza, ilk olaraq Nyu Yorkda açılacaq və verilən məlumatlara görə "Google” bu mağazalarını sürətlə genişləndirmək niyyətindədir.

Əslində "Google”un daha əvvəl öz loqosunu daşıyan məhsullarını (köynək, papaq, corab və s.) satdığı bir neçə mağazası mövcud idi. Ancaq şirkət ilk dəfə öz məhsullarının olduğu eynilə Apple StoreSamsung Store-lar kimi yalnız Google cihazlarının olduğu bir mağaza açacaq.

Açıqcası Google Pixel telefonlar ilk baxışda rəqabətədavamlı cihazlar kimi görünsə də rəqiblərə görə cihaz dizayn baxımından bir qədər geri qalır. Son etdiyi yeniliklərlə diqqət çəkən şirkətin gələcəkdə necə bir mövqedə yer alacağını demək hələki çətindir.