"Google" Daydream View adlı VR cihazını təqdim edib (VİDEO)

77

"Google” şirkəti Daydream View adlı virtual reallıq cihazını təqdim edib.

Daydream view VR cihazı

Şirkətin sözlərinə əsasən yeni VR cihazda əsas diqqət komfortluğa ayrılıb. Məsələn şirkətin təqdim etdiyi cihaz digər VR cihazlardan fərqli olaraq dəri örtüklə hazırlanmışdır və onları eynəklərlə belə istifadə etmək mümkündür. "Technote.az"ın "Ferra.ru"a istinadən verdiyi xəbərə əsasən digər VR cihazlardan fərqli olaraq Daydream View ölçü baxımından 30% daha kiçikdir. Qeyd edək ki, "Google”, Daydream View virtual reallıq platformasını hələ bu ilin May ayında Google I/O 2016 tədbiri çərçivəsində təqdim etmişdir. İndi isə şirkət həmin platforma əsasında çalışacaq VR cihazını istehsal edir. Cihazla birlikdə komplektdə həmçinin xüsusi pult da təqdim olunur. Pult touchpad özəlliyə sahibdir və istifadəçinin hərəkətlərini izləyə bilir. Maraqlısı budur ki, həmin pult VR cihazda smartfon üçün nəzərdə tutulmuş yerdə saxlanılır. Smartfon özü isə VR cihaza naqilsiz şəkildə qoşulur. Daydream View 79$ qiymətinə Noyabr ayında satışa çıxacaq.

 

Daydream view VR cihazı
Daydream view VR cihazı
Daydream view VR cihazı

Daydream view VR cihazı