main-post-cover

    Google hack edildi! Hackerlər bunu necə bacardılar?

    Sosial Media
    07.05.2017
    Farid Pardashunas

    Dünya nəhəngi Google, keçdiyimiz günlərdə hackerlərin qurbanı oldu. Bəs təhlükəsizlik mövzusunda investisiya etməkdən çəkinməyən Google, kim tərəfindən və necə hack edildi?

    Alphabetşirkətinin alt şirkəti olan Google, dünyanın ən dəyərli şirkətləri siyahısında zirvədə yerləşməyi bacarır.

    Google Pakistanlı hackerlər tərəfindən hack edildi

    Təhlükəsizlik mövzusunda dünyada ağıla gələn ilk şirkətlərdən biri olan Google, istər istifadəçilərin istərsə də öz təhlükəsizliyi üçün daima yeni investisiyalar etməkdən çəkinmir. Lakin bu tədbirlərə baxmayaraq, keçdiyimiz günlərdə hackerlərin qurbanı olmaqdan qurtula bilmədi. Google-un rəsmi Banqladeş saytı, Pakistanlı hackerlər tərəfindən hack edildi!
     
    DNS Hijacking adı verilən bir hücum üsulundan istifadə edən hackerlər, Google-a gələn istifadəçiləri əvvəlcədən yaradılmış səhifəyə yönləndirməyi bacardılar.
    DNStəsdiq firması olan BTCL-dan aslı olduğu öyrənilən boşluq səbəbindən hack edilən Google, mövzu ilə bağlı bir açıqlama verməsə də BTCL tərəfindən problemin özlərindən qaynaqlandığı və boşluğun bağlandığı ilə bağlı açıqlama gəldi.
    Bütün gecə boyunca aktiv qalan yönləndirmə problemi gec olsa da həll edildi lakin bu müddət, istifadəçilərin ağlında Google-un təhlükəsizliyi mövzusunda sual işarətləri yaratmaq üçün kifayət etdi.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər