main-post-cover

    "Google" hansı köhnə versiya Android sistemlərin dəstəyini dayandıracaq?

    Elm & Texnologiya
    07.05.2017
    Farid Pardashunas

    "Google” yaxın zamanda köhnə Android versiyalarının dəstəyini dayandıracağını bildirdi.

    Bu siyahıya Android 2.3 GingerbreadAndroid 3.0 Honeycomb versiyaları daxildir. Qeyd etmək lazımdır ki, Android Gingerbread, 2010, Android Honeycomb isə 2011-ci ildə işıq üzü görmüşdülər. Google Play Services 10.0x yenilənməsindən sonra sözügedən Android versiyalarının dəstəklənməsi dayandırılacaq. Beləliklə tətbiq developerləri öz tətbiqlərinin əlavə funksiyalarsız versiyalarını yaratmalıdırlar ki, köhnə Android versiya istifadəçiləri həmin tətbiqlərdən istifadə edə bilsinlər. "Google Play Services 10.0x, Android 2.3x (Gingerbread)-i dəstəkləyəcək son yenilənmə olacaq. Gələcək SDK-lar ilə hazırlanmış tətbiqlər Google Play Services 10.0x-dən sonra sözügedən Android versiyalarında Google Play vasitəsilə dəstəklənməyəcək” – deyə şirkət bildirib.
    Qeyd etmək lazımdır ki, Android cihazlarının aktiv istofadəçilərinin 13%-i Android Gingerbread əməliyyat sistemi ilə çalışırlar. Həmçinin şirkət xüsusilə planşetlər üçün hazırlanmış Android 3.0 Honeycomb əməliyyat sisteminin də dəstəyini dayandıracaq. Bu əməliyyat sistemi yalnız planşetlər üçün çıxsa da o qədərdə məşhurluq qazana bilmədi. Sözügedən Android versiyalarının dəstəyi dayandırılandan sonra ən köhnə əməliyyat sistemi Android Ice Cream Sandwich olacaq. Onun da istifadəçi kütləsi 13% təşkil edir.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər