main-post-cover

    Google, Hindistanın tualet problemini həll edəcək

    Elm & Texnologiya
    07.05.2017
    Farid Pardashunas

    Google şirkəti Hindistanın ictimai yerlərdə tualetdən istifadə mədəniyyətini formalaşdırmaq üçün yeni proqrama start verib. Artıq insanlar öz ehtiyaclarını ödəmək üçün smartfonlar vasitəsilə ictimaiyyət üçün nəzərdə tutulmuş tualetlərin yerini tapa biləcəklər.

    CNBC-nin verdiyi məlumata görə bunun üçün insanlar öz telefonlarında "tualet” yaxud "swachh” sözlərini yazaraq axtarışa verə bilərlər. Yalnız Dehlidə 5.100 belə ictimai tualet fəaliyyət göstərir. Xatırladaq ki, Dehli, Hindistanın ən böyük şəhərlərindəndir. Google bu xidmətində ictimai tualetin harda yerləşməsindən əlavə onun haqda bütün məlumatları əks etdirir. Başqa sözlə desək, tualetin sahib olduğu gigiyenik təmizlik, onun pullu yaxud pulsuz olması haqda bütün məlumatlar verilir.

    Axtarış zamanı istifadəçi ona yaxın hansı tualetlərin olduğunu, ünvanları və fəaliyyət göstərdiyi saatları görə bilər. Bu haqda məlumatı Google Maps İndia-nın layihələr üzrə meneceri Saket Gupta verib.
    Burda əsas məqsəd ölkədə sanitar gigiyenik qaydaların bərpası və gələcəkdə insanların bu istiqamətdə maariflənməsinə şərait yaratmaqdır.
    Xatırladaq ki, Hindistanda 1.2 milyard insanın evində tualet yoxdur. Dehlidə isə 5 milyon insan ictimai yerdən istifadə edir. Doğrusu bir çox sahələrdə, xüsusilə texniki və kompüter sahəsində inkişaf etmiş belə bir ölkənin belə problemlərdən əziyyət çəkməsi bir qədər normal hal deyil.
     

    Linki kopyala