"Google" interneti zəif ölkələr üçün Lite rejimini istifadəyə verib

310

Zəif internetə sahib ölkələr üçün "Google" yeni Lite rejimini təqdim edib

Bir çox ölkələrdə internet zəif olduğu üçün "Google" yeni internet rejimini təqdim edib. Yeni rejimin adı Lite-dır. Burda əsas məqsəd insanlara zəif internet şəraitində də xəbərləri oxumaq, hava proqnozunu öyrənmək və s. kimi məlumatları asanlıqla almaqda yardımçı olmaqdır.

İnternet zəif olduqda Lite rejimi avtomatik şəkildə aktiv olunur. Bu yenilik əsasən 2G və 3G istifadəçilərinin daha çox işinə yarayacaq. Bu yeni Google rejimi öz xüsusiyyətlərinə görə Facebook-un Lite rejimi ilə oxşarlıq təşkil edir.


Bu rejimi istifadəyə verməkdə əsas məqsəd inkişaf etməkdə olan və ya inkişaf səviyyəsi aşağı olan ölkələrdə insanların internetdən daha asan istifadəsini təmin etməkdir. Xatırladaq ki, Yaponiya, Amerika, Koreya kimi inkişaf etmiş ölkələr 5G-ni tətbiq etməyə hazırlaşırlar. Amma Afrika, Hindistan, Asiya kimi ölkələrdə demək olar ki, 4G-yə hələ tam keçid olunmayıb. Çoxlu əhaliyə sahib olan Hindistan kimi ölkəni itirməmək üçün "Google"un Lite rejimi tətbiq etməsi gözlənilən qərardır.