main-post-cover

    "Google", iOS üçün yenilənmiş Gmail-i təqdim etdi

    Elm & Texnologiya
    07.05.2017
    Farid Pardashunas

    "Google", iOS üçün Gmail tətbiqini tamamilə yenilədi. Şirkət yeni Gmail-in daha sürətli və yenilənmiş olduğunu bildirir.

    Yeni Gmail daha xoş dizayna sahib olmaqla yanaşı, köhnə versiyasından çox daha funksional və doğru çalışır. Məsələn, hər hansı bir e-mail silmək və ya arxivə daşımaq daha asan həyata keçirilir.
    Bundan əlavə "Google", yenilənmiş Gmail-ə daha bir funksiya əlavə edib. Bu yeniliyin adı isə Undo Send adlanır.

    Yeni bir mail yolladığınız zaman ortaya çıxan xüsusiyyət, yolladığınız e-mailin qısa bir mündəricatını sizə təqdim edir və əgər bir xətaya yol vermisinizsə, düzəltməyiniz üçün e-mailinizi bir qədər gecikmiş olaraq yollamağınıza şərait yaradır.
    Gmail-in stolüstü versiyasında da istifadə olunan bu xüsusiyyət ilə hər hansı bir e-mail 5, 10, 15, 20 və hətta 30 saniyə ertələnə bilər. Əvvəllər isə bu ertələmə sadəcə 5 saniyə olaraq təyin oluna bilirdi.
    Bundan əlavə Gmail-in bu yenilənməsi sayəsində axtarış nəticələrini daha tez əldə etmək mümkündür.
    Təəssüf ki, Gmail üçün çox gözlənən bir neçə hesabı birlikdə istifadə etmə xüsusiyyəti hələ də təqdim olunmayıb.
    Bir daha xatırladaq ki, bu yenilənmə iPadiPhone üçün nəzərdə tutulub.

    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər