main-post-cover

    Google klaviaturasında olan yenilik Android üçün aktivləşəcək

    Elm & Texnologiya
    07.05.2017
    Farid Pardashunas

    İlk əvvəl iOS istifadəçilərinə təqdim olunan yenilik tezliklə Android istifadəçilərin də istifadəsinə verilə bilər. Google tez bir zamanda mobil klaviatura tətbiqində vacib yeniliyə imza atmağa hazırlaşır.

    Google-un mobil klaviaturası üçün vacib bir yenilik təqdim olunacaq
    Google, əslində Gboard adını verdiyi yeni klaviaturasını aylar əvvəl yayımlanmışdı, amma naməlum səbəblərdən bu yenilik ancaq iOS istifadəçilərinə təqdim olundu.

    Google Keyboard-u Gboard əvəz edəcək

    İlk əvvəl iOS üçün təqdim olunan Gboard indi də Android istifadəçilərinə təqdim olunacaq. Google, inteqrasiya axtarış funksiyaları, GIF axtarış xüsusiyyətlərə sahib olan və Gboard adını verdiyi yeni klaviatura tətbiqini Android üçün də yayımlayacaq.

    Google Keyboard-ın 6.0 versiyası ilə bərabər yenilənəcək olan klaviaturalar artıq "Google Keyboard" deyil, Gboard olaraq adlandırılacaq.
    Hələ ki, rəsmi açıqlama edilməsə də Google-dan sızdırılan məlumatlara görə istifadəçilər yenilikdən çərşənbə günündən etibarən istifadə edə biləcəklər.
    Yenilik bir çoxlarının sevdiyi GIF axtarış və onları sağa sola yağışdırmaq kimi xüsusiyyətləri ilə diqqət çəkməkdədir. Siz də bu yenilikdən faydalanmaq istəsəniz, onda yeniliyi aktivləşdirməyi unutmayın.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər