Google Maps-in səhvi ucbatından 5 gün tək başına səhrada qaldı
Sosial Media
07.05.2017
Farid Pardashunas
Texasdan olan tələbə Amber Katanna VanHecke, Google Maps-ın səhvinə görə necə 119 saat səhrada qaldığını danışıb.
Amber öz avtomobili ilə Google Maps vasitəsilə Qrand
Kanyonun cənubi hissəsindən Xavasu şəlalələrinə tərəf gedirdi. Google Maps, qıza,
şossedən çıxıb torpaq yolla növbəti şosseyə çıxana kimi 64 km getməyi məsləhət
görüb. Təyinat nöqtəsinə çatmamış, servis, realda olmayan yola dönməyi məsləhət
görüb. Buna baxmayaraq Amber, Google Maps-in əvvəlcədən təyin etdiyi yol ilə
getməyə davam edib. Bir müddətdən sonra Amber, servisin öncədən təyin etdiyi
yola çıxa bilməyib. Yol ümumilikdə yox imiş. Bu vaxt yavaş-yavaş qaranlıq düşüb
və GPS siqnal itib. Amber qorxu keçirərək tez bir zamanda siqnalı yenidən tutub
və şosseyə çıxıb.
Lakin o fikir verib ki, avtomobilindəki benzin ehtiyyatı tükənmək
üzrədir. Müəyyən vaxtdan sonra isə digər yanacaq ehtiyyatı da bitib. Səhrada tək
başına qalan Amber, daşlardan istifadə edərək yerdə SOS və HELP sözlərini əks
etdirib. Hər bir hərfin hündürlüyü 9 metrə çatırdı. Bundan əlavə olaraq o, ocaq
yandıraraq diqqəti cəlb etməyə çalışıb. Lakin ocaq tez bir zamanda sönüb.
Sözügedən planların işə yaramadığını görən Amber, telefon siqnalını tutmaq üçün
17 km yol gedib. Nəticədə o, xilasetmə xidməti ilə əlaqə yarada blib. Xilasetmə xidməti isə öz növbəsində onu vertolyot vasitəsilə xilas edib. Xəstəxanada
müayinə zamanı Amber-in orqanizminin ciddi şəkildə susuzlaşdırılması və dərisinin,
günəş təsirindən yanıqlara məruz qaldığı məlum olub.
Linki kopyala
Bənzər xəbərlər
Oxşar xəbərlər
Həftənin xəbərləri
Huawei Pura 70 və Pura 70 Pro təqdim olunublar - QİYMƏTİ
Telegram-ın yaradıcısı Pavel Durov geniş müsahibə verib (VİDEO)